Qarnındakı ləkəyə görə 550 manatlıq analiz verdi, görün nə oldu… – Azərbaycanda qəribə olay

Baxış sayı: 
174

Pediatr həkim Tərlan Eyyubov yanına gətirilən uşağın diaqnozu ilə bağlı maraqlı paylaşım edib.
Belə ki, qarnında yaranan qəhvəyi ləkələr səbəbindən başqa 2 həkimə göstərilən uşaqda böyrəküstü vəzilərin çalışmaması diaqnozu qoyulub və 530 manatlıq analizlər təyin edilib. Analizin nəticəsində əksinə, kortizol 10% yuxarı çıxıb (çatışmazlıqda aşağı olur). Həmin həkim ləkənin elə bu səbəbdən yarandığını deyərək, növbəti bahalı analizlər və MRT təyin edir.
Bu dəfə dözməyən valideynlər usagı pediatr Tərlan Eyyubovun müayinəsinə gətirir. Elə bu zaman həm gülməli, həm ağlamalı məqam üzə çıxır:
“Uşağı fiziki müayinə edəndə qarının sol tərəfində dəridə kirli-qəhvəyi tünd ləkələr gördüm. Anamnezə əsasən endokrinoloji problemdən şübhələndirəcək başqa patologiya görmədim. Ləkənin terra firma- forma dermatosis – kirli dermatoz Dunkan olduğunu təxmin etdim. Tibbi spirtlə həmin ləkəni sildim və ləkə itdi.
Deməli belə, birincisi kortizol stress hormonudur və stress zamanı qanda avtomatik qalxa bilir. İkincisi, xəstəyə kompleks yanaşılmalıdır, hər xəstəliyin bir neçə simptomu olur və onları tapmaq lazımdır ki, sonradan analizə göndərilsin. Üçüncüsü, differensial diaqnostika çox vacibdir. Dəridə belə ləkələr kortizolun səviyyəsi aşağı olanda yarana bilir. Onların yerləşməsi, diametri də önəmlidir.
Belə çıxır ki, xəstə boşuna analizlərə pul və vaxtını xərcləyib.
O ki qaldı bu ləkənin sabun və su ilə getməməsinə. Keratinosetlərin formalaşmasının ləngiməsi, piqment, yağ, piy, bakteriya və çirkin yığılmasının nəticəsi kimi qəbul edilir. Spirthıll edə bildiyi üçün spirtlə gedir. Su və sabunla isə həll olunmur. Valideynlər nəmləndirici kremlərdən Heç bir iynə-dərmana da ehtiyac yoxdur”.(medicina.az)

Загрузка...
Загрузка...