QARDAŞLARININ ALDIĞI MAAŞ HAMINI ŞOK ETDİ

 
 
“Nil”dəftərxana ləvazimatları, nəşriyyatlar, mətbəələr FƏTÖ-dən müsadirə olunacaq
 
Hurriyyet.org xəbər verir ki, Fətullah Gülənin qardaşına verdiyi maaşın qədərindən xəbər tutanlar şok keçiriblər. Fətullah Gülənin ABŞ-da olduğu dövrdə Kaynak Holdinqə məxsus olan bir şirkətdə baş koordinator olaraq işləyirmiş kimi göstərildiyi aşkar olub. Gülənin qardaşı Mesih Gülənə də 76 min lirə məbləğində maaş kəsilib.
Kaynak Holdinqdəki qəyyum heyətinin başında duran İmran Okumuşun bildirdiyinə görə, Fətullah Gülən 1994-cü il iyunun 1-də Nil Mətbəə-Nəşriyyat şirkətində baş koordinator vəzifəsində işə başlayıb.
Gülən 1999-cu ildə ABŞ-a yola düşsə də, 2002-ci il okytabrın 9-na qədər bu şirkətdə baş koordinatorluq vəzifəsini yerinə yetirirmiş kimi göstərilib. Gülən 2002-ci il oktyabrın 18-də isə “Çağlayan” şirkətində işə başlayıb. Qeydlərə görə, 2003-cü il yanvarın 1-də burada işləyib.