Qardaşını qətlə yetirmiş şəxs 16 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Tofiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Apa-nın xəbərinə görə, məhkəmənin hökmü ilə Tofiq Ağayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
T.Ağayev qardaşı Faiq Ağayevə 8 dəfə balta zərbəsi endirərək onu öldürüb. F.Ağayev evə sərxoş gəlib və bu qardaşlar arasında davaya səbəb olub.