Qardaşı Nərimanovu ölümdən necə xilas etdi?- Tarix

 
 
 
Moderator.az Azərbaycan tarixində müəyyən ziddiyyətli məqamları ilə xatırlanan ictimai-siyasi xadim Nəriman Nərimanov haqqında bir neçə maraqlı məqama toxunacaq.
 
Nə qədər də ziddiyyətli məqamlarla xatırlanmasına baxmayaraq, Nərimanov hər zaman Azərbaycan, eləcə də bütün Qafqaz müsəlmanları üçün əlindən gələni etməyə çalışıb. Sadəcə, bu mövqeni tutan yeganə rəhbər olduğundan, erməni-gürcü-rus kadrları tərəfindən təkləndiyindən o da müəyyən manevrlər etmək məcburiyyətində qalıb.
 
Nərimanovun qardaşı qızı İltifat Nərimanova onun 1918-ci ilin mart qoyqırımı ərəfəsində ölümdən necə qurtulduğunu epizodu öz xatirələrində yazıb:
 
“Onun mart soyqırımı axşamı ermənilər tərəfindən girov götürülməsi barədə heç bir məlumat yoxdur. Nənəm də öz xatirələrində bundan bəhs etməyib. Yalnız o məlumdur ki, mart soyqırımı günündə Nərimanovu hazırda biz oturduğumuz evdən gəlib aparıblar. O vaxt  Nərimanov da Şaumyana kəskin etirazını bildirib. Qırğından iki gün sonra isə əsgərlər onun yaşadığı evə gəlirlər. Nərimanov özü evdə olmur. Qardaşı Rizvan, mənim nənəm və digər qadınlar evdə olur. Əsgərlər axtarış aparmaq istəyərkən Rizvan deyib ki, Nəriman mənəm. Onlar da adi əsgər idilər. Nə bilirdilər ki, Nərimanov kimdir? Elə bunu götürüb aparıblar.  Onu da adamların cərgəsinə qatıb kütləvi güllələnmə yerinə aparıblar. Amma Rizvan Nərimanov təsadüf nəticəsində sağ qalıb”.
 
Hazırladı: Elmin Nuri

Загрузка...
Загрузка...