Qarayaxma Azərbaycan hakimiyyətinin silahıdır.

Baxış sayı: 
342
0  
0  

 Avropa Şurasının baş katibi Tyorborn Yaqland Azərbaycan hakim dairələrinin son günlərdə bu quruma və şəxsən onun özünə qarşı təşkil elədiyi hücum kampaniyasına münasibət bildirib. Yaqland feysbuk səhifəsində paylaşdığı açıqlamada bildirir:
 
Avropa Şurasının bütün tarixi boyu onun baş katibinə qarşı belə qarayaxma kampaniyası olmayıb. Bu kampaniyaya səbəb uzun illərdir həbsdə saxlanılan İlqar Məmmədovun azadlığa buraxılması üçün Avropa Şurasının 3 il əvvəl irəli sürdüyü tələbi Azərbaycan hakimiyyətinin yerinə yetirməməsini pisləməyim və daha ciddi addımlara çağırmağımdır.
 
Mənə qarşı hücumlarda vaxtilə azadlığı üçün çox çalışdığımız Eynulla Fətullayev mühüm rol oynayır. O, azadlığa çıxandan sonra hakimiyyətin müdafiəçisi kimi çıxış etməyə başlayıb.
 
Məni narahat edən odur ki, Azərbaycan hakimiyyəti həbsdəki fəalara qarşı zorakı siyasətini davam etdirərək, onları əfv ərizəsi alıb Heydər Əliyevin heykəli önünə göndərmək praktikasını davam etdirəcək. Biz indiyədək dəfələrlə belə mənzərənin şahidi olmuşuq. Mən hələ 2 il əvvəl Avropa Şurası Nazirlər Komitəsində belə praktikanın dözülməz olduğunu bildirmişdim.
 
Biz nəhayət, neft-qaz maraqlarını kənara qoyub siyasi məhbus məsələsinə xüsusi önəm verməliyik. Siyasi məhbuslara azadlıq tələbimizlə biz Avropanın müqəddəs hesab etdiyi ədalətli məhkəmə prinsipinə sadiqliyimizi nümayiş etdirməliyik.
 
İlham Əliyevlə görüşən bu cənabın adı Tyorborn Yaqlanddır. O, Avropa Şurasının baş katibidir. Siyasətlə maraqlananlara cənab Yaqlandın necə təmiz siyasətçi, hətta dövrümüzə xas olmayan idealistliyi çoxdan bəllidir. Onun olduqca vicdanlı, mədəni, demokratik şəxs olmasını Azərbaycanın sərsəm hakimiyyət təbliğatçılarından başqa yadıma gəlmir kimsə mübahisələndirsin.
 
 
Görün, bu insanlar (Azərbaycanı idarə edənlər) böhtançılıq, şərbazlığı hara qədər qaldırıblar ki, Yaqland ona qarşı Azərbaycan hakimiyyətinin apardığı qara təbliğatla bağlı belə bir bəyanat yayıb: “Avropa Şurasının bütün tarixi boyu onun baş katibinə qarşı belə qarayaxma kampaniyası olmayıb!”
 
Təsəvvür edirsinizmi? Bunlar Yaqland kimi təmkinli, kübar insanı da öz axmaq, vulqar, səviyyəsiz qara kampaniyaları ilə hövsələdən çıxartdılar. Mən indi Yaqlandın təəssübün çəkmirəm. Lakin həqiqəti demək bir jurnalist olaraq bizim borcumuzdur.
Bu təkcə Qərb siyasətçilərin xüsusi ilə də xalqımızın haqqını müdafiə edən tanınmış şəxslərin Azərbaycan hakimiyyətinin gerçək simasını əks etdiri.

VÜQAR Ağayev

 

Загрузка...
Загрузка...