Qarailanın ratsiya danışığı ələ keçdi: "Bizi dovşan kimi…"/Video

 
Türkiyə mediası PKK rəhbəri Murad Qarailanın ratsiya vasitəsi ilə apardığı danışıqları yayıb.
 
Teleqraf.com-un məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin (TSK) avqustun 3-dən 21-dək 98 terrorçunu məhv etməsi PKK liderini hədsiz əsəbiləşdirib.
 
Türkiyə təhlükəsizlik xidməti tərəfindən deşifrə edilən və kod adı Camal olan Murad Qarailan PKK üzvlərini taktiki bacarıqsızlıqda günahlandırıb, "Bunun cəzasını çəkəcəksiniz" deyə onları sərt tənqid edib.
 
Murad Qarailan Türkiyə sərhədləri daxilində olan terrorçulara söylədikləri belə olub:
 
"Elə gün olmur ki, hərbçilərin pusqusuna hansısa qrup düşməsin. Elə hey "məhv edildi" raportları verilir. TSK əvvəlki deyil, indi taktikanı dəyişib. Öncə biz onların üstünə gedirdik, indi onlar bizi arayıb tapır.
 
Özünüzü gizlədə bilmirsiz. Əsgər sizi dovşan kimi ovlayır. Ölülərin hesabını verə bilməyəcək vəziyyətə gəldik.
 
Silah-sursat, ərzaq anbarlarımız yox edildi, sıralarınıza təzə qatılanların çoxu ya öldü, ya qaçdı. Tərəfdarlarınızı yanınızda saxlaya bilmirsiz".
 
Daha sonra Qarailan terrorçuları təhdidə keçib:
 
"Kimsənin gözyaşına baxmayacam, heç kəsə yazığım gəlməyəcək".
 
Ölkənin cənub-şərqində "xəndək olayları" zamanı, eləcə də bölgədə muxtariyyət elanı edərkən xalqdan dəstək ala bilməmiş PKK hazırda ağır dövrünü yaşayır.
 
İddialara görə, terror təşkilatı son 3 ildə öz təsir gücünü 80 faiz itirib.

Загрузка...
Загрузка...