​Qarailandan Türkiyənin Suriya əməliyyatına - Reaksiya

 
Türkiyənin Cerablus əməliyyatında hədəf Rojavadır.
 
Axar.az xəbər verir ki, bu sözləri PKK liderlərindən Murad Qarailan deyib.
 
Koalisiya qüvvələri, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Cerablusda həyata keçirdiyi əməliyyatla bağlı bəyanat verən Qarailan İŞİD-in heç bir yeri bir gün ərzində tərk etmədiyini və təhlükəli bir müqavilənin qüvvədə olduğunu iddia edib.
 
O, ABŞ-ın Cerablus əməliyyatına dəstək verməsini də ciddi bir səhv kimi qiymətləndirib.