Qaradağ postunun kamaz və shacmanlardan yığdığı pula Qarabağı almaq olar. - Şikayət.

 
7 DYP postuna 50 manat rüşvət verirəm

 
Salam mənim bu yazdığım məktubu xahiş edirəm , hansısa bir dövlət saytına göndərin ki,bəlkə xeyriniz dəyər. Allah rzası üçün. Bəlkə bunu oxuyanlardan kiminsə ailəsində sürücü var , ya da kimsə sürücünün qazandığı çörəklə qidalanır.
 
 Mən Şəki şəhər sakini kamaz sürücülərindən biriyəm. 4 ildir ki,kamaz sürürəm. Mingəçevir qum karxanalarından qum yığıb Bakıya beton zavodlara aparıram. Daş karxanalarındanda mişar daşı alıb rayonumuza gətirirəm.
 
 Düz deyirlər daşın qiyməti yerində qalxıb. 18-20_25 qəpiklik daş indi olub 25-28_30 qəpik. Karxana yiyələri deyir ki səbəb işıq pulu qalxıb vergi haqqı qalxıb əlavə şafkalar haqqlar qalxıb Fəhlələrin zəhmət haqqı qalxıb. Fəhlə deyir ki 70 qəpiklik siqaret 1.20qəpik ,90 qəpiklik seker tozu 1.40 qəpik olub, ucuz işləmirəm. Rayonlarda da daşın qalxmaq səbəbi odur ki , biz yazıq yetim sürücülər 280 manatlıq təkəri indi  360 manata alırıq. Mator yağını alırdıq əvvəl 80 manata indi alırıq 120_130 manata yəni ehtiyat hissələrinin qiymətləri qalxıb. Sorada ki yollarda DYP_Postlarına pul verməsək keə bilmirik lap sənətlərimiz düzgün olsada. Şəxsən mən iki başlı yola 50 manata yaxın təkcə DYP Postlarına pul verirəm. 7 postdan keçirəm rayonumuza kimi. Yükü az da yığsan çox da yığsan fərqi yoxdur o pulu verməliyik.  “Təkcə Qaradağ postu bir gündə kamazlardan , Hovolar shacmanlardan yığdığı pulla Qarabağı almaq olar”.Ən aşağısı 10 manatdan hesablayın . Azı bir gündə 1000 yük maşını keçir. Ancaq onu da xatırladım ki, bu axır 10-15 gündür ki DYP_ Polisləri kamazlara dəymir  ,çünki tapşırılıb. Amma indi hal-hazırda Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən Nəqliyyat Nazirliyinin Tərəzi postunda reyd keçirilir. Yükü çox vuran  kamazlara 400-600 manat protokollar yazılır və yazılıb. Onu da xatırladım ki bu protokollar ancaq kamaz markalı aftomobillərə aiddir. Çünki ağır tonajlı yük aftomobilləri bəzi işbazların və imkanlı şəxslərin maşınlarıdır. Onlar da tapşırılıb deyə toxunan  yoxdur.  Nəqliyyat departamentləri bəzi sürücülərə deyiblər ki  ,kamazlar aylığa çıxacaqlar ayı 150 manata. 200-300 manata kimi tonaj fərqi var. Demək onda biz sürücülərin günü hələ bundan sora ağırlaşacaq. Bir kamaz sürücüsü istəyir daş gətirsin ,gətirməsin ayda neçə res edir-etsin 150 manat ayda pul verməlidir. Hətta əlavə daşın çekini 10 manata almalıdır . Çeki də karxana sahibi pulsuz vermir ki. Deyir ”Bizə pulla veriblər bizdə sizə pulla satırıq”. Mən başa düşmürəm biz yanacaq doldurma məntəqəsinə gedib yanacaq  vururuq ,çek verirlər. Əlavə pul vermirik ki, sadəcə hansısa mağazaya girib ərzaq alırıq çek verirlər , əlavə pul vermirik ki mişar daşı çeki niyə pulla olur bilmirəm.  Demək biz sürücülər hər ay 150 manat pul Nəqliyyat Nazirliyi işçilərinə  və hər resdə də 10 manat çekə verməliyik, əlavə də yol polisi postlarına.
 Şəxsən mən ayda 150-200 manat pul ödəyəsi olsam mən kamaz sürməyəcəm .Ayda 4-5 reslə onu bitirmək olmayacaq. Bəs bizim ayləmiz uşağımız nə yesin nə geysin? Biz necə dolanaq?Onda biz daşı 50-55 qəpik yox 80_90 qəpik 1 manata satmağa məcbur olacağıq.. Kim alacaq onu? 150-200 manat maaş alan kasıb nə ilə alsın o daşı? Yəni budur biz sürücülərin dərdi. Ağır tonajlı maşınlarda ürəkli yüklərini yığıb gəlirlər Hovo Şhacmanlar. Biz kamaz sürücüləri yükü vuranda deyirlər ki asfalt dağılır. Bəs onlar dağıtmır yolu? Sovet vaxtı  bir vaqona 2500 daş vurardılar. İndi o maşınlar 2500 daş vurur onları görən yoxdur.
 
Mənim əzizim , Azərbaycanda bəlkə də 1 milyona yaxın sürücü ordusu var. Yeri gəlsə,  nə Müdafiə nazirliyinin o qədər əsgəri zabiti var, nə  Daxili işlər Nazairliyinin, nə də o biri nazirliklərin. Biz 1 milıyon sürücü hamımız əsgərik sabah müharibə başlasa , o ağır texnikaları biz idarə edəcəyik. Murovda , Şuşa dağlarında , Xankəndində , Laçında. Yükündən , hava şəraitindən asılı olmayaraq. Bizə niyə zülm verirlər ? Bizi başa düşsünlər!  Biz də insanıq. Niyə Prezident İlham Əliyev  aktyorlarla , müəllimlərlə, iş adamlarıyla görüşür,  amma bir dəfə demirki “ay mənim çətin yollarda, soyuqda, qarda, yağışda ,istidə yatan vətəndaşlarım, seçicilərim  ,millətim sabah azadlıq meydanına yığılsın , mitinq edirəm , dərdinizə şərik olaram. Bəlkə də özünə sığışdırmaz. Ancaq onun arxasında yeri gəlsə , biz sürücü ordusu duraçağıq.ona arxa dayaq kimi. Allaha and olsun ki, mən kamaz sürücüsü tanıyıram ,boylu-buxunlu , nər kimi oğlan heç nədən qorxmayan qəddi-qaməti yerində.Lazım gəlsə, bir gecədə Sarkisyanı  Ermənistandan Bakıya kimi döyə-döyə İlham Əliyevin ayağına gətirər , diz çökdürər ,üzr istədər. Ancaq hansısa posta düşür, bir dənə ciyanqala yol polisinin yanında ,qabağında müc olub qalır ki onun paqonu var.  Bizi bu günə salmaqla heçnə əldə etmək olmaz.
Mənim əzizlərim ,budur bizim dərdimiz! Biz hamımız Vətənimizi də istəyirik  ,qanunlarımızı da istiyirik ,Qarabağımızı da istəyirik.Amma bizə də bir dayaq duran tapılsın , tapdalayan yox! Sağ olun ! Allah razı olsun cümləmizdən!
 Səkinə ƏLİSOY