Qaraçıları təhqir edən azarkeşlərin cəzası məlum oldu - VİDEO

UEFA Çempionlar Liqasında "PSV Eyndhoven" futbol klubunun "Atletiko Madrid" ilə oynadığı matçdan əvvəl qonaq komandanın azarkeşləri İspaniyanın paytaxtındakı bir kafedə oturarkən dilənçilərə xırda pul qarşılığında müxtəlif idman hərəkətləri etmələrini istəmişdilər.
Turaninfo.az xəbər verir ki, daha sonra İstanbuldan İspaniyaya gedən və qaraçılar olduğu bilinən qrupa PSV azarkeşlərinin xırda pul ataraq, onları təhqir etməsi, onların pul diləndikləri stəkanların içərisinə pivə tökmələri insanları ayağa qaldırmışdı.
Həmin anların görüntülərini araşdıran PSV klubu, sözügedən hadisədə iştirak edən 5 azarkeşin 3 il müddətində klubun stadionuna buraxılmayacağını bəyanlayıb.
Musavat.com