Qaraçı mahnılarının kraliçası, 52 uşaq anası ölüb…

 
Qaraçı mahnılarının kraliçası, makedoniyalı qaraçı əsilli müğənni Esma Rəcəpova bu ölkənin paytaxtında 73 yaşında vəfat edib.
 
Turaninfo.az  xaric mediaya istinadən xəbər verir ki, o, özünün 5 və övladlığa götürdüyü  47 uşağı böyüdüb.
 
Bu səbəbdən o həm də çoxuşaqlı ana kimi tanınırdı.
 
Esma Rəcəpova gənclik illərindən oxumağa başlayıb. Rəcəpova 2010-cu ildə National Public Rradionun versiyasına görə “Dünyanın 50 ən yaxşı səsi” siyahısına düşüb.
 
2013-cü ildə mekadoniyalı müğənni Vlatko Lozanoski ilə bu ölkəni “Eurovision”da təmsil edib.
 
 
 
Esma Ümumdünya qaraçı təşkilatının üzvü idi və 2 dəfə Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.

Загрузка...
Загрузка...