“Qarabağ”dan tarixi xal - Yenilənib

 
 
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin üçüncü turunun oyunlarına yekun vurulacaq.
 
İkinci matç günündə A,B,C,D qrupunun oyunları keçiriləcək.
 
C qrupunda “Qarabağ” Bakı Olimpiya Stadionunda “Atletiko” Madridi qəbul edəcək. Qrupda digər oyun isə "Çelsi"  və"Roma" arasında olacaq.
 
A qrupu
 
22:45. MOİK (Rusiya) - "Bazel" (İsveçrə)
 
22:45. "Benfika" (Portuqaliya) - "Mançester Yunayted" (İngiltərə)
 
B qrupu
 
22:45. "Bavariya" (Almaniya) - "Seltik" (Şotlandiya)
 
22:45. "Anderlext" (Belçika) - PSJ (Fransa)
 
C qrupu
 
20:00. "Qarabağ" (Azərbaycan) - "Atletiko" (İspaniya)
 
22:45. "Çelsi" (İngiltərə) - "Roma" (İtaliya)
 
D qrupu
 
22:45. "Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
 
22:45. "Barselona" (İspaniya) - "Olimpiakos" (Yuventus)
 
***
 
Komandalar aşağıdakı heyətlərlə çıxacaq:
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. ANsi Aqolli, 55. Bədavi Hüseynov.
 
“Atletiko”: 13. Yan Oblak, 2. Dieqo QOdin, 3. Filipe Luis, 7. ANtuan Qrizmann, 8. Saul Niqes, 10. Yannik Karrasko, 14. Qabi, 16. Sime Vrsalijko, 21. Kevin Qameyro, 22. Nikolas Qaytan, 24. Xose Mariya Ximenes.
 
***
 
Hakimin start fiti ilə oyun başladı.
 
Qeyd edək ki, oyunu 50 minə yaxın azarkeş stadiondan izləyir.
 
***
 
Matçın 53-cü dəqiqəsində Miçel, 59-cu dəqiqəsində isə Ndlovu sarı kartla cəzalandırıldı.
 
***
 
Görüşdə 70 dəqiqə geridə qaldı. Hələ ki, hesab açılmayıb.
 
***
 
75-ci dəqiqədə mübahisəli epizod olub. Belə ki, Ndlovu rəqib müdafiəçini keçərkən yerə yıxılıb. Hakim bunu simulyasiya kimi dəyərləndirib və hücumçumuzu ikinci sarı kartla cəzalandırıraq meydandan qovub.
 
***
 
Matç qolsuz başa çatıb. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb.(Qafqazinfo)

Загрузка...
Загрузка...