Qarabağda yer və zaman kimin xeyrinədir?

AranNews saytının analitiki Muhsin Hadi Qarabağ münaqişəsinə dair yazı dərc etdirib. Müəllifin yazısını təqdim edirik.
- 22 il bundan öncə Qarabağda atəşkəs müqaviləsi imzalananda Ermənistan müharibənin qalibi idi; Azərbaycanın torpaqlarının 20 faizini ələ keçirmişdi və “Böyük Ermənistan”ın gerçəkləşməsinə doğru bir addım atması ilə iftixar edirdi. Azərbaycan da yerə yıxılmış məğlub tərəf idi və zamanın başa aşağısı. Amma macaranın digər üzü çox fərqli idi. Ermənistan özünün ikinci qonşusu ilə də düşmən münasibətlər yaşadı və çox keçmədi ki, Gürcüstanla da münasibətləri qırıldı və qonşuları arasında təkcə İranla qeyri-sabit durumda münasibətləri qaldı. Bu münasibətlər çox cüzi, zəif şəkildə formalaşdı. Həqiqətdə İran islami bir ölkədir və Ermənistanla çox mədəni fərqliliyi vardır. Üstəlik, İran müharibədə Ermənistanı Qarabağ məntəqəsini və İslam torpaqlarını işğal etmiş bir ölkə kimi tanıyıb. Ona görə də bu məsələ Ermənistan-İran münasibətlərinə çox ağır kölgə saldı və iki ölkə münasibətlərini öz təsiri altına aldı, qeyd olunan səviyyədən yuxarı qalxmağa icazə vermədi. Rusiya da Ermənistanla sərhəddə deyil.  Ermənistan məntəqədə tək qaldı və bu da onun yerdə əlacsız, çıxılmaz vəziyyətə düşməsi deməkdir.
Beynəlxalq aranada da Azərbaycanın xeyrinə və Ermənistanın zərərinə 4 qətnamə imzalanıb. Belə ki, hətta özü də qondarma Qarabağı respublikasını rəsmi olaraq tanıya bilmədi. Onun qərblə münasibətlərini təsir altına salan Rusiyadan bərk asılılığını da bunun üstünə gəlmək lazımıdır. Bu da diplomatik çarəsizlik deməkdir. Sərhəd çarəsizlik və siyasi çarəsizliyindən onun iqtisadi çarəsizliyini də nəticə almaq olar. Ermənistan iqtisadi imkanları əldən qaçırdı. Enerji tranziti mübadiləsində, yəni Qafqaz, İran və Avropa neft və qaz tranzitində rol oynaya bilərdi, bu tranzit marşrutu Ermənistandan keçə bilərdi, amma olmadı və bu imkanı itirdi. Ermənistan üçün təkcə mədən ehtiyatları, dini ödənclər, Rusiya, Amerika və digər ölkələrin köməkləri qalır. Bu durum Ermənistan üçün iqtisadi çöküş deməkdir və buna görə hər il bir neçə dəfə xalq aksiyaları və etirazları ilə qarşılaşır.
2011-ci ildə Forbes jurnalı Ermənistanı Madaqaskardan sonra dünyanın ən pis iqtisadiyyatı olan ölkə kimi tanıtdı. Əlbəttə, Ermənistan dövlətinin müxalifəti ilə qarşılaşdı.
2014-cü ildə də Ermənistanın Hayuts Haşxar qəzeti beynəlxalq müssisələrdən birinin Ermənistanın acınacaqlı iqtisadiyyatı barədə statistikasınnı yayaraq yazdı: “Ermənistanın iqtisadiyyatı ilə yanaşı bu ölkənin maliyyə sistemi çökməkdədir və bu problemin aradan qaldırılması mümkünsüz vəziyyədə çevrilib”.
Bu vəziyyət səbəb olmuşdur ki, ermənilər yaxşı yaşamaq üçün ölkəni tərk etsinlər və bu üzdən Ermənistanın cəmiyyəti günbəgün azalmaqdadır. Son illərdə ermənilərin Huvis jurnalı öz təhlilində Ermənistan əhalisinin təhlükəli surətdə azalmasını qeyd etmişdi. Jurnal əhalinin sayı barədə rəqəmləri narahatedici adlandıraraq yazır: “2011-ci ilin statistikasına görə Ermənistanın cəmiyyəti 3,2 milyon nəfər olmuşdur və onun 400 min nəfəri ölkədən xaricdə yaşayır. Bu statistika dünyanın müxtəlif yerlərinə səpələnmiş ermənilər üçün çox narahatedicidir. Ermənilərin indiki Ermənistan ölkəsində sayını 3 milyona çatdırmaq üçün uzun zaman sərf edilmişdi.
1979-cu ildə SSRİ-nin əhalini siyahıya almasının nəticələrinə əsasən, Ermənistan Sosialist Respublikasının əhalisi 3 milyondan çox idi və onlardan 90 faizinə yaxını ermənilərdən ibarət idi. 1979-cu ildə SSRİ-nin çətin şəraitdə (zəlzələ, müharibə, Ermənistan və Azərbaycanda qarşılıqlı miqrasiya) keçirilən son siyahıya almasına əsasən isə Ermənistanda 3304776 nəfər əhali yaşayırdı və onlardan 93,3 faizi erməni millətindən ibarət idi. Amma indi müstəqil Ermənistan ölkəsində siyahıya alınmış cəmiyyətin sayı 3 milyon nəfərdən azdır. Belə nəzərə gəlirdi ki, Ermənistanın müstəqilliyi ölkə əhalisinin sayının artması, yüz minlərlə, hətta milyonlarla ermənin öz vətəninə qayıtması üçün əlverişli şərait yaradacaq. Lakin Ermənistanın yeni hökumətinin yaratdığı əlverişsiz durum, dəmir yolunun tamamilə blokadada olması, müharibə, enerji böhranı ermənilərin miqrasıyası üçün mühüm amilə çevrildi. Enerji böhranının sona çatması və atəşkəs yarandıqdan sonra da əhalinin vəziyyəti yaxşılaşmadı. İndi Ermənistan əhalisinin sayı 1970-ci illərdə olduğu qədərdir”.
Bundan fərqli olaraq Azərbaycan nəzərə çarpan həddə iqtisadi inkişafı təcrübə edir. Bu ölkədə iqtisadi inkişaf 2013-cü ildə 8,3 faiz idi.
Əlbəttə, bu yalnız neftin hesabına idi. Neft Azərbaycanın iqtisadiyyatının ən böyük hissəsini təşkil edir. Neftin ən yüksək qiymətə qalxdığı illərdə və Bakı-Tiflis-Ceyhan neft kəmərinin başa çatması ilə bu ölkədə ÜDM (Ümumi Daxili Məhsul) 2007-ci ilin birinci ayında 41,7 faizə çatdı və bu baxımdan dünyada birinci yeri tutdu. Bu rəqəm, neftin qiymətinin aşağı düşməsi ilə endi və infliyasıyanı artırdı. Lakin heç vaxt böhranlı həddə çatmadı.
Əgər Ermənistan Azərbaycanla düşməncəsinə deyil, dostcasına münasibətlər qura bilsəydi, öz çoğrafi imtiyazlarından faydalana bilərdi və qərb bazarlarına neft ixrac edən tranzit ölkəsinə çevrilə bilərdi. Nəticədə qərblə strateji maraqları olardı, Rusiyadan asılı olmazdı və xarici siyasətlərində tarazlıq yarada bilərdi. Həmçinin, Türkiyə və Gürcüstanla ticarət etməklə böyük bazarlara sahiblik edə bilərdi. Bu həqiqətlərə görə Ermənistanın sabiq prezidenti Ter-Petrosyan Dağlıq Qarabağ məsələsi barədə bir sıra tələbləri icra etməyi lazım bilirdi. Çünki gərginlik davam etməsi erməni camiəsi və hakimiyyətini zəiflədirdi. O, erməni xalqına dedi ki, Dağlıq Qarabağ, ya da inkişaf! Bulardan birini seçməliyik. Ter-Petrosyan bu mövqeinə görə də siyasəti tərk etməli oldu.
İndi bu iki ölkə yenidən üz-üzə dayanmışdır. Bir tərəfdə özünün müqayisə edilməz iqtisadi gücü, dünyanın müxtəlif ölkələri, o cümlədən qoşu ölkələri ilə geniş iqtisadi münasibəti ilə Azərbaycan Respublikası dayanmışdır. Digər tərəfdə isə münasibətlərində əlacsızlıqla qarşılaşmış Ermənistan.
Azərbaycanın hərbi büdcəsi də Ermənistanın hərbi büdcəsindən qat-qat çoxdur. Müşahidələr göstərir ki, bu iki ölkənin hərbi texnika gücü bir-biri ilə müqayisə edilməz həddədir.
Amma bununla belə müharibənin nəticəsinin necə olacağı məlum deyildir. Mümkündür, 22 il bundan öncəki kimi erməni tərəfi Qarabağ müzakirələrini səmərəsiz təkrarlaması ilə zaman qazanaraq, yerdə qalib olduğu kimi zamanın da fatehi olsun. Lakin qələbə bu kəmiyyətlərdə deyil. Yaşayış keyfiyyəti də durumu dəyişə bilər. Ermənistan dövləti əgər öz camiəsinin daxilinə diqqət etsə, zamanın Azərbaycanın xeyrinə irəlilədiyini görəcək. Zaman, yer durumunu da dəyişdirə bilər. Ola bilər ki, elə indi zamanın yeri dəyişdirməsi vaxtı yetişmişdir.