Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ, İrəvan üçün qaçılmaz SONLUQ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər. Ermənistan parlamentinin payız sessiyasında ölkənin Avrasiya İqtisadi İttifaqından çıxış proseduru müzakirə edilə bilər. Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır. ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Koreya Xalq Demokratik Respublikasına (KXDR) çatdırılan raket kompleksləri ətrafında qalmaqal yaranıb. Sakit okeanında yerləşən ABŞ-a aid Quam adasına raket zərbəsi endirmək planını təxirə salıb. Taliban ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasını tələb edib. İspaniyanın Barselona şəhərində terror aktı törədilib.
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
Son günlər Ermənistan Müdafiə Nazirliyinin nəzarətində olan saytlarda Azərbaycan Ordusu haqqında daxili auditoriyaya hesablanmış yalan və saxta məlumatlar yayılır. Bu haqda Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib/
 
Müdafiə Nazirliyindən ermənilərin yaydığı dezinformasiyalara CAVAB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 10-11 tarixlərində Azərbaycana səfər edəcək. Türkiyə prezidentinin səfəri zamanı hansı mövzuların müzakirə ediləcəyi açıqlanmayıb.
“Həmsədrlər hər il etdikləri kimi, hazırda BMT Baş Assambleyası çərçivəsində Nyu Yorkda xarici işlər nazirlərinin görüşünün təşkili üzərində işləyirlər”. Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib. "Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tezliklə birbaşa danışıqları bərpa edəcəklər" , - deyə o, bildirib.
R. Hoqland prezidentlərin BMT Baş Assambleyası çərçivəsində görüşünün planlaşdırılması barədə məlumatı olmadığını söyləyib.
“Qarabağın başının üzərini qara buludlar alıb və ermənilərin bölgədən çıxarılması perspektivi qaçılmaz görünür”. Bu barədə erməni siyasi şərhçi Sarkis Artsruni yazıb.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı zəiflədən “yorucu müharibə”ni davam etdirir.
 
“Ermənilərin Qarabağdan çıxarılması qaçılmazdır” - İrəvanda MÜHARİBƏYƏ HAZIRLIQ
Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru, siyasi analitik Modest Kolerov İrəvanın NATO ilə yaxınlaşmasının böyük səhv olduğundan, Şimal Alyansının Ermənistanın xeyrinə olmayan məxfi Qarabağ planının mövcudluğundan danışıb. Ermənistan mediasına açıqlama verən M.Kolerov İrəvanın Gürcüstanda keçirilən NATO təlimlərinə qatılmasının sirrini açıb.
 
NATO-nun Ermənistan üzərindən həyata keçirdiyi MƏXFİ QARABAĞ PLANI
“Moskvada Ermənistanın Gürcüstanda keçirilmiş NATO təlimlərində iştirakı faktını həzm edə bilmirlər”. Bu sözləri erməni siyasi şərhçi Sarkis Artsruni yazıb. Ermənistanın təlimlərdə iştirakının əvvəlcədən Moskva ilə uyğunlaşdırılmasını istisna etməyən şərhçi bununla belə hesab edir ki, vəziyyət Rusiyaya qarşı ABŞ-ın yeni sanksiyaları və ABŞ-ın vitse-prezidenti Maykl Pensin Gürcüstana səfəri fonunda kəskin dəyişib.
 
Rusiya İrəvanı cəzalandırır: Moskvadan Qarabağda yeni müharibəyə YAŞIL İŞIQ
Erməni siyasi şərhçi Sarkis Artsruni Vaşinqton və Moskvadan verilən bəyanatları “soyuq müharibə”nin nəticəsi hesab edir. Onun sözlərinə görə, Rusiya-Amerika “soyuq müharibə”sinin soyuq küləkləri gec-tez Dağlıq Qarabağa qədər çatacaq.
 
“Bu, Qarabağda gec-tez baş verəcək” - Moskvanın planı erməniləri ŞOKA SALDI
Ermənistan
Ermənistanda sağlamlığında ciddi problemlər olan gəncləri orduya çağırırlar. Bu barədə Helsinki Vətəndaş Məclisinin Vanadzor ofisi məlumat yayıb. Məlumata görə, son zamanlar belə halların artması müşahidə olunur.
 
38 erməni əsgər öldürüldü, İrəvan əlilləri ORDUYA TOPLAYIR: düşmən ölkədə ÇAXNAŞMA
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi pik həddə çatıb. Bu barədə erməni politoloq, şərqşünas Karine Qevorqyan deyib. Onun fikrincə, Rusiyanın Ermənistanda aktivliyi azdır, əvəzində Qərb onun yerini doldurur: “Ermənistanda bir çox fondlar və siyasətçilər ABŞ tərəfdarı kimi çıxış edir. Bu halda Amerikadakı erməni icmasının da rolu böyükdür. Bu gün Ermənistan Maydan dövrünün Ukraynasını xatırladır”.
 
Kəşfiyyat düşmən ölkəyə girdi: Putin İrəvana ordu yeridə bilər – Ermənistanda SİYASİ DÖYÜŞ
Ermənistan Rusiya orbitindən çıxaraq, mərkəzdənqaçma siyasətinə üz tutur. Bu ölkənin xarici işlər nazirinin müavini Savarş Koçaryanın “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində səsləndirdiyi fikirlər İrəvanın gələcək siyasətinə dair ehtimallar irəli sürməyə imkan verir.
S.Koçaryan deyir ki, Ermənistan heç bir ölkəyə bel bağlamamalıdır: “Biz müxtəlif dövlətlər, güc mərkəzləri və beynəlxalq təşkilatlar arasında diversifikasiya edəcəyik”.
 
Ermənistanda qiyam, Qarabağda müharibə... - MƏXFİ MƏLUMATLAR YAYILDI
Ermənistan parlamentinin “Yelk” fraksiyasından olan deputatları payız sessiyasının gedişatında Avrasiya İqtisadi İttifaqından çıxış prosedurunu təklif etməklə hədələyirlər. Bu haqda Ermənistanın “Lragir” nəşri yazıb.
Respublika Partiyasının parlament fraksiyasının lideri Vaqram Baqdasaryan bildirib ki, Ermənistanda Avrasiya İqtisadi İttifaqından başqa alternativlər yox idi. Siyasi şərhçi Naira Ayrumyan isə hesab edir ki, əslində Ermənistanda alternativ var idi və Azərbaycan kimi bloklara qoşulmamaq prinsipi ilə hərəkət edə bilərdi.
 
“Putin həmin gecə Sarkisyana dedi ki...” - Ermənistan PAYIZI GÖZLƏYİR
Türkiyə, İran, Yaxın Şərq
ABŞ Türkiyəni içəridən vurmağa hazırlaşır. Bu sözləri “Yeni Şəfəq” qəzetinin köşə yazarı Yusif Qaplan yazıb. O, “Diqqət! ABŞ Türkiyəyə quyu qazır” başlıqlı yazısında ABŞ-ın YPG terror təşkilatına silah yardımı etməsini xatırladaraq, Türkiyəni içəridən çökdürməyə çalışdıqlarını bildirib.
“Amerika rəhbərliyi gözümüzün içinə baxa-baxa YPG-yə xeyli silah, tank göndərir. Körfəzdən Aralıq dənizinə qədər bir dəhliz yaratmağa və PKK dövləti qurmağa çalışırlar. Əgər belə bir şey olsa, Türkiyə parçalanacaq və vətəndaş müharibəsinin beşiyinə çevriləcək”, - yazıda qeyd edilib.
ABŞ və PKK “Əl-Qaidə” bəhanəsi ilə Suriyanın İdlib vilayətini işğal etməyə hazırlaşır. Ankarada isə Türkiyə-Rusiya-İran birgə əməliyyatı müzakirə edilir.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqirinin Ankaraya səfərində İdlib mövzusu hərtərəfli müzakirə edilib.
Masada olan plan Rusiya və İran əsgərlərinin cənubdan, Türkiyənin isə şimaldan irəliləyərək İdlibi “xarici ünsürlər”dən təmizləyərək nəzarət altına alınmasını nəzərdə tutur. Planın həyata keçirilməsi istiqamətində ilk addımların atıldığı bildirilir.
 
ABŞ-a qarşı Türkiyə-Rusiya-İran ittifaqı: Həlledici DÖYÜŞ BAŞLAYIR
Türkiyə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə əsas şübhəlilərdən biri hesab edilən Adil Öksüzlə əlaqədar Almaniyaya nota verib. Almaniya Xarici İşlər Nazirliyinə verilən notada Adil Öksüzün Almaniyada olması barədə xəbərlərin araşdırılması və ölkədə olduğu müəyyən ediləcəyi halda tutularaq Türkiyəyə ekstradisiya edilməsi istənilib.
ABŞ-ın silah-sursat və hərbi təlimlə dəstək verdiyi PYD (PKK terror təşkilatının Suriya qanadı –red.) Suriyanın şimalındakı “Fərat Qalxanı” bölgəsinə hücum etməsi üçün yeni bir təşkilat qurub. 14 avqust 2017-ci il tarixində Tel-Abyadda qurulan “Kuvvet-i Suvvar” bölgədə olan qüvvələrə döyüş elan edib.
ABŞ təşkilata on minlərlə döyüşçünün qatılması barədə təlimat verib. Təşkilatın məqsədi isə bölgədə olan Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunu hədəf almaqdır.
 
ABŞ-ın təlimatı ilə bütün cəbhələrdə... - Türkiyəyə müharibə ELAN ETDİLƏR
Avropa İttifaqı Almaniyanın təşəbbüsü ilə Türkiyəyə ayrılan maliyyə yardımlarını azaltmağı düşünür. Diplomatik mənbələrin yaydığı məlumata görə, Türkiyəyə 2014-2020-ci illər arasında təxminən 4 milyard 450 milyon avro məbləğində yardım etməyi planlaşdıran Avropa İttifaqı son hadisələrdən sonra bu məbləği azaltmaq niyyətindədir. Qurum bu məsələni növbəti aylarda müzakirə edəcək.
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı (mayın 20-də -red) Ər-Riyadla apardığı danışıqların bəzi detalları ortaya çıxıb. Ər-Riyadda danışıqlar masasında Türkiyənin Suriya tənliyindən tamamilə çıxarılması müzakirə edilib.
Xəbərə görə, ABŞ nümayəndə heyəti “suriyalı müxalifətlə Türkiyənin bütün əlaqələri kəsilməlidir” şəklində təlimat verib. Bundan başqa, mərkəzi İstanbulda yerləşən Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) ilə Qaziantepdə fəaliyyət göstərən Suriya müvəqqəti hökumətinin Türkiyədən çıxarılması da danışıqların gündəliyində olub.
Suriya müxalifətinin rəhbərliyinin Ər-Riyada köçürülməsi, müxalifətə silah və lojistik dəstək mövzusunda İordaniya və Misirə daha effektiv rolun verilməsi razılaşdırılıb.
Səudiyyəli səlahiyyətlilər isə ABŞ-dan İranın Tehran-Bağdad-Dəməşq-Beyrut şiə dəhlizinə qarşı dəstək istəyib.
“Mərmərə dənizində yaxın gələcəkdə gücü yeddi baldan daha yüksək olan zəlzələ baş verəcək”. Bunu Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun rəhbəri Haluk Özener deyib.
Qeyd edək ki, bu, ilk analoji xəbərdarlıq deyil. Daha əvvəl Yıldız Texniki Universitetinin professoru, geoloq Şükrü Ərsoy bildirib ki, on beş il ərzində Mərmərə dənizi üçün ən böyük ssenari 7,7 bal gücündə bir zəlzələnin baş verməsidir.
 
“İstanbulda ən azı 145 min insan öləcək” - Qorxunc proqnoz TƏKRARLANDI - VİDEO
Suriya BMT Təhlükəsizlik Şurasını və BMT-nin baş katibini ölkə ərazisində fəaliyyət göstərən ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanı buraxmağa çağırdı. Bu haqda Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfərinin məktubunda deyilir.
Suriyalı diplomat qeyd edib ki, ABŞ-ın başçılıq etdiyi koalisiya öz hərəkətləri ilə Suriya xalqına qarşı kampaniya aparan terror qruplarına kömək edir. Onun sözlərinə görə, koalisiyanın üzvləri özlərinin rəsmi bəyanatlarında terrorizmlə mübarizə bəhanəsi ilə edilən hərəkətlər nəticəsində minlər uşaq və qadının öldürüldüyünü etiraf ediblər.
Bəşər Əsəd rejimi Türkiyənin Hatay vilayətini Suriya torpağı olaraq təqdim edib. Əsəd generallarının İranın dəstəklədiyi şiə milisləri ilə birgə keçirdiyi müzakirələrdə masa üzərindəki xəritə diqqət çəkib. Xəritədə Türkiyənin Hatay vilayəti Suriya torpağı olaraq göstərilir.
“Yeni Şəfəq”in köşə yazarı İbrahim Karagül isə Suriyadakı oyuna diqqət çəkib.
 

Kürd muxtariyyətinin müstəqilliyi ilə bağlı keçirilməsi nəzərdə tutulan referendum böyük problemlərə yol aça bilər. Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Hazırda İraqda xeyli problem var. Ölkənin bu vəziyyətində müstəqilliklə bağlı referendum keçirilsə, bu, vətəndaş müharibəsinə səbəb ola bilər”, - Çavuşoğlu bildirib.
Şimali İraq kürd muxtariyyəti sentyabrın 25-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınması üçün şərtlərini açıqlayıb. İraq mərkəzi hökumətin nümayəndələri ilə görüşdə irəli sürülən şərtlər, məlumata görə, kürd muxtariyyətinin irəli sürdüyü şərtlər aşağıdakılardır:
- “Kürdüstan” bölgəsinə ayrılan büdcə vəsaitinin göndərilməsi
- İraq Konstitusiyasının 140-cı maddəsinin tətbiq olunması (Kərkük başda olmaqla mübahisəli bölgələrin statusunun müəyyən edilməsi)
- Kürdlərin İraq hökumətində azaldılan yerlərinin geri verilməsi
- İraq ordusunda kürdlərin sayının artırılması.
Ərbil sözügedən şərtlərin Bağdad tərəfindən qəbul ediləcəyi halda referendum bir neçə aylığa, müəyyən bir tarixə qədər təxirə salınacağını bildirib.
Suriya prezidenti Bəşər Əsədi mühakimə etmək üçün kifayət qədər sübutumuz var. Bu sözləri BMT-nin Suriyada insan hüquqlarının pozulmasının təhqiqatı üzrə müstəqil beynəlxalq komissiyasının üzvü Karla del Ponte deyib.
Suriyanın neftlə zəngin olan Deyr-ez-Zor bölgəsi uğrunda 4 ölkənin amansız mübarizəsi başlayır. ABŞ-PKK ittifaqı ilə eyni vaxtda İran, Rusiya və Suriya İŞİD-in nəzarətində olan bölgədə hərbi güc toplayır.
Ölkənin neft və təbii qaz ehtiyatlarının 95 faizi Haseke, Rakka və Deyr-ez-Zor bölgələrində yerləşir. Deyr-ez-Zor isə Suriyanın ən böyük təbii qaz və neft ehtiyatlarına sahibdir.
Suriyanın Haseke vilayətinin Qamışlı mahalında ABŞ və Səudiyyə Ərəbistanı kəşfiyyatının lideriliyi ilə iyunun 10-da keçirdiyi toplantı da bölgənin nə qədər əhəmiyyət daşıdığını göstərir.
 
Neft uğrunda amansız müharibə başlayır: Dörd ölkə ÜZ-ÜZƏ
Terrorçuların ələ keçirilmiş anbarlarından tapılan zəhərli maddələri onlara ABŞ və Böyük Britaniya çatdırıb. Bu barədə Suriya Xarici İşlər nazirinin müavini Feysal Miqdad informasiya verib.
ABŞ sanksiyaları genişləndirməkdə davam edərsə, İran sayılı saatlarda nüvə proqramı üzrə razılaşmadan çıxa bilər. Bunu İran prezidenti Həsən Ruhani deyib.
Moskva isə hesab edir ki, İranın nüvə razılaşmasından çıxmaması üçün diplomatlar dərhal işə başlamalıdır, əks halda toplar danışacaq.
 
İran yaxın saatlarda... – Moskva müharibə ANONSU VERDİ
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman Yəmən müharibəsindən çıxmaq istəyir. Bu haqda iki amerikalı diplomatın mediaya sızan məktublarında deyilir.
Səudiyyə şahzadəsi 2015-ci ildə Yəməndə ərəb koalisiyasının başladığı “Qətiyyətli fırtına" əməliyyatının əsas təşəbbüskarlarından biri idi. ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İnduk və BƏƏ-dəki səfiri Yousef Otaiba arasındakı elektron yazışmalara görə, “praqmatik lider” adlandırılan şahzadə Yəməndən çıxmaq istəyir.
Qeyd edək ki, Yəməndə şiə husilərə qarşı ərəb koalisiyasının əməliyyatı 2015-ci ildə başlanıb. 27 milyon əhalisi olan Yəməndə iki ildir ki, milyonlarla adam aclıq təhlükəsi ilə yaşayır.
Koreya böhranı
“Vaşinqton Pxenyanla danışıqlar aparmağa hazırdır və rejimin dəyişməsində maraqlı deyil”. Bu haqda ABŞ-ın dövlət katibi Reks Tillerson və Müdafiə Nazirliyinin başçısı Ceyms Mettisin “Wall Street Journal” qəzetində dərc edilmiş birgə məqaləsində deyilir.
Eyni zamanda bildirilir ki, Şimali Koreya probleminin həllinin diplomatik vasitələri “hərbi variantlarla” möhkəmləndirilib.
 
“Müharibə və yoxsulluq, yoxsa...” - Vaşinqton seçim etməyi TƏLƏB ETDİ
Şimali Koreyanın hədəflərini vura biləcək nüvə başlıqlı raket bir-iki ilə hazır olacaq. Bu sözləri yerli televiziyalardan birinə danışan Cənubi Koreya Müdafiə naziri Suh Çoo-Sok deyib.
Cənubi Koreya müdafiə naziri Şimali Koreyanın raket sınaqlarına davam etməsini gözlədiklərini, lakin real müharibə təhdidini görmədiklərini bildirib.
Şimali Koreya qitələrarası raketlərin müvəffəqiyyətli sınaqlarını Ukraynada istehsal edilmiş güclü raket mühərriklərinin qara bazar vasitəsilə alınması nəticəsində keçirə bilib. Bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun eksperti Maykl Yellemanın analizinə istinadən “New York Times” nəşri yazıb.
Belə mühərriklərin istehsalı keçmiş SSRİ ərazisində yalnız bir neçə zavodda həyata keçirilirdi.
 
Maydan Pxenyana niyə faydalı oldu? - Koreya böhranında sirr pərdəsi AÇILIR
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov informasiyanı təkzib edib. O bildirdi ki, Ukrayna hərbi sənaye kompleksi Şimali Koreyaya hər hansı silah və hərbi texnologiyalar çatdırmayıb.
Kiyev Ukrayna raket mühərriklərinin KXDR-ə ötürülməsində Rusiyanı ittiham edib. Ukrayna Dövlət Kosmik Agentliyinin sədrinin vəzifələrini icra edən Yuri Radçenko brifinqin gedişatında bildirib ki, Rusiya mütəxəssisləri “Siklon-2” və “Siklon-3” raketlərini sökərək onların içində olan Ukrayna istehsalı raket mühərriklərini Şimali Koreyaya çatdıra bilərdi.
 
Mühərrikləri Şimali Koreyaya Rusiya çatdırıb? - ŞOK İDDİA
Koreya Xalq Demokratik Respublikası Sakit okeanında yerləşən ABŞ-a aid Quam adasına raket zərbəsi endirmək planını təxirə salıb. Bu haqda Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) rəsmi mənbələrə istinadən yazıb.
Məlumata görə, Şimali Koreya ordusunun təqdim etdiyi planları qiymətləndirən dövlət başçısı Kim Çen In zərbə planını təxirə salıb.
Qeyd edək ki, Quam adasındakı Anderson hərbi hava bazası ilə Şimali Koreya arasında 3400 kilometr məsafə var. Daha əvvəl yayılan məlumata görə, zərbə planında Quam adasına 4 raket zərbəsinin endirilməsi nəzərdə tutulub.
ABŞ və Şimali Koreya arasında sülh yaranma ehtimalı var. Bu sözləri jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford deyib. Pekinə səfər edən Cozef Danford problemin hərbi yolla həllinin qorxunc olduğunu bildirib.
“Hazırda əlimizdə bir çox seçim var. Amma məsələni sülh yolu ilə həll edə biləcək gücdəyik”, - Cozef Dunford deyib.
ABŞ Cənubi Koreyada Şimali Koreya təhdidinə qarşı “Patriot” təkmilləşdirilmiş raket əleyhinə kompleksləri yerləşdirib. Cənubi Koreyanın KBS telekanalının məlumatına görə, ABŞ-ın Hava Hücumundan Müdafiə qoşunlarının Cənubi Koreyada olan 35-ci briqadası “Patriot” yeni raket komplekslərini alıb. Səkkiz ay ərzində təkmilləşdirilən yeni komplekslər artıq sınaqdan keçirilib.
ABŞ, Rusiya, Çin, Qərb-Rusiya münasibətləri
ABŞ Prezidenti Donlad Tramp tərəfindən səlahiyyətinə xitam verilən Ağ Evin keçmiş rabitə direktoru Entoni Skaramucci prezident haqqında ortaya ağlasığmaz iddialar atıb. O, Ağ Evdəki bəzi qüvvələrin Trampı devirməyə çalışdığını açıqlayıb.
Skaramucci prezidentin ətrafında çox az “sadiq” adam olduğunu da vurğulayıb.
ABŞ xüsusi xidmət orqanları Rusiya prezidenti Vladimir Putin və onun ətrafı haqqında fəal şəkildə dəlil toplamağa başlayıb. Bunu Rusiya prezidentinin 2018-ci ildə növbəti dəfə prezident seçilmə imkanını şərh edən hərbi ekspert Aleksey Arestoviç “Apostrof” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, toplanan dəlillər Rusiyada prezident seçkilərindən bir neçə gün əvvəl (Rusiyada növbəti prezident seçkiləri 2018-ci martında keçirilməlidir – red.) elan ediləcək.
ABŞ-ın milli təhlükəsizlik xidmətlərinin əməkdaşları sabiq prezident Barak Obama administrasiyasına Rusiyanın planları barədə xəbərdarlıq edirdilər. Bu haqda bir sıra indiki və keçmiş məmurlara istinadən “Politico” qəzeti yazıb.
Məmurlar bildirib ki, 2014-2016-cı illərdə edilən xəbərdarlıqlara görə Kreml kəşfiyyat əməliyyatlarını aktivləşdirir və saxta şəbəkələr yaradır. Obamaya bildirilib ki, Moskva bunlardan ABŞ-ın siyasi sistemini dağıtmaq üçün istifadə etmək niyyətindədir. Amma Barak Obama administrasiyası Rusiyada bunun üçün imkanların olduğuna inanmayıb.
Rusiya Ukraynada strateji müvəffəqiyyətsizlikdən sonra Avropa ölkələrində destabilizasiya cəhdlərinə təşəbbüs edəcək. Bu haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) kölgəsi hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin materialında deyilir.
İlk növbədə, Kremlin zərbəsinə Baltikyanı ölkələr, həmçinin Balkan, Mərkəzi və Cənubi Avropa dövlətləri tuş gələcək. Kəşfiyyat vurğulayır ki, Rusiyanın hibrid döyüşləri qarşısında Baltikyanı ölkələr ən zəif halqadır.
 
Rusiyanın növbəti qurbanları: ABŞ kəşfiyyatı ÜÇ CƏBHƏNİ AÇIQLADI
Böyük Britaniya və ABŞ Rusiyanın dağıdılmasını nəzərdə tutan gizli strateji plana malik idi. Bu haqda Böyük Britaniyanın MI6 (Military Intelligence, Section 6) kəşfiyyat xidmətinin sabiq başçısı Con Skarlett “The Guardian” nəşrinə müasahibəsində danışıb.
Onun sözlərinə görə, xarici dövlətlər üç ardıcıl addımı atmağa hazırlaşırdı.
 
Rusiyanın dağıdılması üçün ÜÇ ADDIM: Putin MI6 və CİA-nın gizli planını necə DƏFN ETDİ?
“Qərb-2017” hərbi təlimlərdə iştirak edəcək birinci Rusiya əsgərləri artıq Belorusa gəliblər. Amma Qərbin həyacan siqnalı çoxdan çalınıb. Planlaşdırılmış birgə Rusiya-Belarus təlimləri regionda güclü qorxu yaradıb. Ukrayna, Polşa, həmçinin Baltikyanı ölkələr özlərini təhdid altında hiss edir. Amma Moskvanın məntiqinə görə bu təlimlər lazımdır, çünki Moskva NATO təhlükəsini yenidən görür.
 
Putin buranı ələ keçirərsə.... - Yüz minlik qoşunla HÜCUM HAZIRLIĞI
Hərbi ekspert Yuri Butusov isə “Senzor.net” saytında müdaxilə üçün hazırda hərbi-siyasi ilkin şərtlərin yaranmadığını yazıb. O Rusiyanın hərbi müdaxiləsinə imkan verməyən 4 əsas faktoru göstərib.
 
“Burada ətçəkən olacaq" - Məğlubiyyət üçün DÖRD FAKTOR
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) İŞİD terror qruplaşmasının üzvlərini saxlayıb. Terrorçular paytaxt Moskvada nəqliyyatın obyektləri və böyük ticarət mərkəzlərində terror aktlarını planlaşdırırdılar.
Tutulanlardan biri İŞİD-in emissarı, partlayıcı qurğuların istehsalı üzrə mütəxəssis və terror aktlarının hazırlığı üzrə kuratordur. Digər iki terrorçunun isə kamikadze olduğu bildirilir.
Qeyd edilir ki, terror qrupu Rusiya və Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarıdır.
“ABŞ Çinlə iqtisadi müharibə aparır”. Bunu ABŞ prezidentinin əsas strateji məsləhətçisi Stiven Bennon deyib.
Bennon həmçinin qeyd edib ki, ən yaxın 25-30 il ərzində iki dövlətdən biri hegemon olacaq. Ağ Evin strateqi həmçinin Amerika hakimiyyətini xəbərdar edib ki, ABŞ bu yolda ilişərsə, Çin dünya lideri olacaq.
“ABŞ uduzmağa davam edərsə, heç vaxt özünü bərpa edə bilməyəcək”, - o əlavə edib.
Siyasi ekspertlər və konsultantlar Assosiasiyasının üzvü, politoloq Kiril Koktış hesab edir ki, ABŞ və Çin arasındakı iqtisadi müharibədən qazanan tərəf Hindistan ola bilər. “İki süper iqtisadi subyektin toqquşmasında üçüncü oyunçu qalib gəlir. O toqquşmada iştirak etmir və toqquşma nəticəsində “yandırılmış əraziləri” tutaraq qazanan tərəf olur. Məsələn, Hindistan”, - Koktış bildirib.
O əlavə edib ki, Çin və ABŞ-ın iqtisadi qarşıdurması artıq on il sonra bitə bilər: “Daha sonra Vaşinqton Pekinin öhdəsindən gəlmək şanslarına malik olmayacaq”.
Ukrayna
ABŞ-ın öldürücü silahları artıq Ukraynaya çatdırılıb. Bu haqda hərbi jurnalist Yuri Butusov Feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, 12,7 millimetr kalibrli “Barrett” M82 və M107snayper tüfəngləri partiyasının çatdırılmalarından sonra Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiya PSRL-1 əl qumbaraatanlarını alıb.
Rəsmi Moskva ABŞ-ın Ukrayna silah verəcəyi halda Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib. Hətta ötən il Rusiya ABŞ-ın Ukrayna ordusuna silah verəcəyi təqdirdə Kiyevi hücumla hədələyib.
 
Vaşinqton Moskvanın hədəsinə qulaq asmadı - Kiyevə hücum başlanacaq!
Ukrayna xüsusi xidmət orqanları Krımda silsilə təxribatlar törətməyə hazırlaşır. Bu sözləri Krım hökumətinin rəsmisi Zaur Smirnov deyib.
Onun sözlərinə görə, xüsusi xidmət orqanları seçilmiş şəxslər vasitəsi ilə krımlıları etiraz nümayişləri keçirməyə və onları piketlərə getməyə təşviq edir.
“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, Ukrayna xüsusi xidmət orqanları fəaliyyətləri Rusiyada qadağan olunmuş təşkilatlar vasitəsi ilə Krımda silsilə təxribatlar törətməyə hazırlaşır”, - Smirnov bildirib.
Smirnov əhalini bu tip provakasiya xarakterli addımlardan qorunmağa çağırıb.
Kiyev Dnestryanı ərazinin zəbt edilməsini planlaşdırır. Bu haqda “Peyk” radiosunun efirində politoloq Aleksey Martınov deyib.
“Poroşenko Krımın itirilməsinə əvəz olaraq Dnestryanı ərazinin Ukraynaya birləşdirilməsi imkanlarını istisna etmir. Əlbəttə, bu, Ukrayna və Moldovanın münasibətlərini kəskinləşdirəcək, amma Moldovanın fikri heç kəsi, həmçinin prosesin moderatorları maraqlandırmır. Mən Amerika hərbçilərini nəzərdə tuturam”, - Martınov bildirib.
Onun sözlərinə görə, Ukrayna artıq hücuma hazırdır.
 
Krım əvəzinə Dnestryanı? - Rusiya Kiyevin PLANINI AÇIQLADI
Rusiyanın Federal Təhlükəsizlik Xidməti terror aktlarının törədilməsi, ictimai xadimlər və siyasətçilərin qətlləri üçün Ukraynaya üç diversiya qrupunu göndərib. Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasiliy Qrisak bildirib ki, strateji obyektlər və infrastrukturun məhvi, həmçinin ictimai-siyasi xadimlərin qətli əsas hədəfdir.
 
Ukraynadan Rusiyaya TERROR İTTİHAMI: strateji obyektlərin məhvi... – Plan MƏXFİLİKDƏN ÇIXARILDI
Taliban Donald Trampa açıq məktub ünvanlayaraq ABŞ ordusunun Əfqanıstandan tamamilə çıxarılmasını tələb edib. Məlumata görə, Taliban göndərdiyi məktubda ölkədə durmadan artan gərginliyi Əfqanıstanda xarici hərbi kontingentin mövcudluğu ilə əlaqələndirib. Bundan əlavə Taliban koalisiya qüvvələrini ölkəni dağıtmaqda ittiham edərək, Əfqanıstanın təhlükəsizlik, iqtisadiyyat və hökumət idarəçiliyi baxımından dəhşətli vəziyyətə salındığını bildirib.
Qeyd edək ki, ABŞ tərəfindən 2001-ci ildən Əfqanıstanda “anti-terror” əməliyyatları aparılır.
İspaniyanın Barselona şəhərində avqustun 17-də silsilə terror aktları törədilib. Terror aktına səkkiz döyüşçüdən ibarət qrupun cəlb olunduğu ehtimal edilir.
Agentlik bu haqda məhkəmədəki mənbəyə istinadən xəbər verib. Hakimiyyət güman edir ki, terrorçular qazla balonlarının tətbiqi ilə hücumu planlaşdırırdılar.
Qeyd edək ki, dünən İspaniyada silsilə terror aktları törədilib.
 
Barselona terroru haqqında yeni TƏFƏRRÜATLAR
Terror
On yeddi yaşlı Musa Ukabir İspaniyanın Barselona şəhərində terror aktının törədilməsində əsas şübhəli şəxsdir. “El Mundo” qəzeti qeyd edir ki, Musa mikroavtobusu insanların üzərinə sürdükdən sonra cinayət yerindən gizlənib. Qəzetin məlumatına görə, o, silahlı ola bilər.
Daha əvvəl Kataloniyanın hüquq-mühafizə orqanları terror aktını törədən şəxsin silahlı olmadığını açıqlayıb.
İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatlarının üç minə qədər döyüşçüsü tezliklə Avropaya qayıda bilər. Bu haqda İsveçrənin ATS agentliyi Avropa Komissiyası tərəfindən yaradılan RAN (Radicalization Awareness Network) təşkilatının məruzəsində istinadən yazıb.
“Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti döyüşçülərin getdikcə sürətlənən qayıdışını gözləyirlər”, - agentlik məruzədən sitat gətirib.
Sənəddə göstərilir ki, müxtəlif məlumatlara görə 1200-dən 3000-ə qədər “müxtəlif mənşəli” avropalı Avropaya qayıdacaq.
 
Avropa terror meydanına çevriləcək: Üç min döyüşçü QAYIDIR
Ömər Dağlı

Загрузка...
Загрузка...