Qarabağda selfi çəkib Azərbaycana mesaj göndərən erməni hərbçi məhv edildi (FOTO)

Qarabağda gedən döyüşlər zamanı cəbhədə selfi çəkdirib Azərbaycana mesaj göndərən erməni əsgəri məhv edilib.
BAKU.WS-in məlumatına görə, 1972 təvəllü hərbi qulluqçu Aram Aruşanyan telefonu avtomatının lüləyinə taxaraq selfi çəkdirib. Bu şəkili çəkdikdən bir gün sonra erməni hərbçi cəbhədə gedən ağır döyüşlərdə ölüb.
İlkin məlumata görə, Aruşanyan Talış istiqamətində döyüşlər zamanı məhv edilib. Aram Aruşanyanın son selfisi isə yeqin ki, dəfn olunduqdan sonra baş daşına vurulacaq.