​Qarabağda qırğınlar törədən şəxs BAŞ NAZİR olur – Gizli toplantının DETALLARI

Ermənistanın sabiq prezidenti, keçmiş baş nazir Serj Sarkisyanın hakim Respublika Partiyasının parlament fraksiyası ilə görüşündə baş nazir vəzifəsinə ehtimal edilən namizədlər məsələsi müzakirə edilib.
Publika.az xəbər verir ki, “Birinci informasiya” saytının əldə etdiyi məlumata görə, Sarkisyan İrəvan qubernatoru Taron Markaryan və sabiq prezident Robert Köçəryanın namizədlikləri üzərində düşünməyi məsləhət görüb.
Saytın yazdığına görə, partiya üzvləri Taron Marqaryanın namizədliyinə müsbət baxırlar. Onun atası, mərhum Andranik Marqaryan da respublikaçıların arasında böyük nüfuza malik idi. Həmçinin, respublikaçılar arasında Robert Köçaryanın da böyük nüfuzunun olduğu bildirilir.
Qeyd edək ki, Köçəryan 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı Miatsun hərəkatına qoşulur və bir müddət sonra separatçıların liderlərindən birinə çevrilir. Köçәryan azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən Qarabağ ermənilərinin və erməni diasporunun təşkil etdiyi silahlı dəstələrə başçılıq edib.
 
 
Karen Karapetyanın namizədliyi isə respublikaçılar tərəfindən birmənalı qəbul edilmir. O, baş nazir olduğu müddətdə partiya üzvlərini incitməyə vaxt tapıb.
Qeyd edək ki, mayın 1-də Ermənistan parlamenti xüsusi iclasında yeni baş nazirin seçilməsi məsələsini müzakirə edəcək.
Serj Sarkisyan aprelin 23-də baş nazir postundan istefa verib. Baş nazirin birinci müavini Karen Karapetyan hökumətə müvəqqəti rəhbərlik edir.
Ömər Dağlı

Загрузка...
Загрузка...