Qarabağda növbəti müharibənin vaxtı açıqlandı - Tarix

 Rusiyalı erməni əsilli politoloq hələ yanvar ayında aprel hadisələrini proqnozlaşdırmşdı."Avqust ayında Ermənistan və Azərbaycan arasında qısa müddətli müharibənin olacağı ehtimalı yüksəkdir”.
Məlumata görə, bu sözləri erməni əsilli rusiyalı politoloq xanım Karine Qevorkyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib. Politoloq xatırladıb ki, o, yanvar ayında aprel hadisələrini proqnozlaşdırıb. "Mən bu əməliyyatların olacağı barədə əlamətləri hiss etmişdim”. - politoloq bildirib.Prezidentlərin növbəti görüşündən nəticə olmasa, atəşkəsə uzun müddət riayət etmək çətin olacaq”.O, Ermənistanı Ukraynadan sonra Rusiyanın mövqelərinə ikinci zərbə adlandırıb. Azərbaycan ordusu Ermənistan silahlı bölmələrinin təxribatına qarşı son dəfə aprel ayının əvvəlində əməliyyatlar keçirib.4 gün davam edən əməliyyatlar nəticəsində Azərbaycan ordusu işğal altında olan 2000 hektar ərazini azad edib.Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərlə yanaşı, Seysulan məntəqəsi erməni silahlı qüvvələrindən tam təmizlənib. Strateji əhəmiyyətli Lələ təpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.Həmin vaxt beynəlxalq təşkilatların və nüfuzlu dövlətlərin xüsusilə Rusiyanın təşəbbüsü ilə hərbi əməliyyatlar dayandırıldı. Hər iki tərəfin razılığı əsasında atəşkəş əldə olundu.Daha sonra mayın 16-də ATƏT-in Mink qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Avstiyanın paytaxtı Vyanada prezidentlərin görüşü keçirildi.Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər.Danışıqların yeni mərhələsinin başlanmasının səbrsizliklə gözlənildiyi bir vaxtda Karine Qevorkyan əməliyyatların yenidən başlayacağı barədə proqnozlar səsləndirir.Azərbaycanlı politoloqlar da hərbi toqquşma riskinin hələ də qaldığını deyirlər. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, iyun ayı ərzində danışıqlarda real irəliləyiş olmasa növbəti aylarda bölgədə toqquşma riski artacaq. "Çünki prezidentlərin Vyana görüşünün nəticəsi olmadı. Sadəcə, tərəflər atəşkəsə riayət olanması barədə razılığa gəldi. Amma Azərbaycan nəticə gözləyir. Ona görə də prezidentlərin növbəti görüşündən nəticə olmazsa, atəşkəsə uzun müddət riayət etmək çətin olacaq”.Elxan Şahinoğlu deyib ki, həmsədrlər və böyük dövlətlər faktiki olaraq münaqişənin həlli ilə məşqul olmurlar. "Həmsədrlər ancaq atəşkəs rejiminə əməl edilməsini istəyirlər. Azərbaycan da münaqişənin həllində irəliləyiş olması şərti ilə atəşkəs rejiminə əməl etməyə hazırdır. Amma irəliləyiş olmadan Azərbaycandan nəsə tələb etmək status-kvonu qorumaq deməkdir. Bu isə yalnız Ermənistana sərf edirKeçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, danışıqlar prosesində irəliləyişlər olmadığı üçün münaqişənin alovlanacağı ilə bağlı verilən açıqlamalar təəccüblü deyil. "Prezidentlər görüşündə ciddi nəticələr olmadı. Amma Azərbaycan bütün variantları dəyərləndirir. Ona görə də torpaqlar azad olunmayana qədər müharibə təhlükəsi qalmaqdadır”.Aprel ayında baş verən hadisələrdən sonra Ermənistan rəhbərliyinin açıqlamaları müharibənin qaçılmaz olduğunu deməyə əsas verir. Çünki Ermənistan hakimiyyət dairələri torpaqları sülh yolu ilə qaytarmaqdan imtina etməklə yanaşı hətta Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasına cəhd etdi. Həmçinin Azərbaycanın azad etdiyi torpaqların danışıqlar predmeti olacağı ilə bağlı iddialar irəli sürür. Bu isə danışıqlar prosesinin uzatmaq üçün təxribatçı addımlardır. Azərbaycan isə danışıqlar prosesinin uzanmasını deyil, tez bir zamanda torpaqların azad olunmasını istəyir.