Qarabağda atəşkəs: Lavrov bəyanatla çıxış etdi - VİDEO

Bu dəqiqələrdə Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətə dair mətbuat konfransı keçirir.
Lavrov bildirib ki, Rusiya Azərbaycan və Ermənistanı münaqişə zonasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Onun sözlərinə görə, hərbi əməliyyatlar başlayandan dərhal sonra Rusiya ən yüksək səviyyədə öz mövqeyini ifadə edib. Habelə o özü və müdafiə naziri Sergey Şoyqu tərəflərlə danışıqlar aparıb.
Lavrov münaqişənin danışıqlar prosesi ilə həll edilməli olduğunu , bunun üçün ən yığcam format ATƏT-in Minsk Qrupu olduğunu deyib