​"Qarabağ" - "Roma" oyunu başa çatdı - 1:2

Publika.az bildirir ki, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb.
20:07
Matçın 7-ci dəqiqəsində “Roma” futbolçuları künc zərbəsindən sonra hesabı açıblar. Lorenzo Pelleqrininin ötürməsindən sonra “Qarabağ”ın qapıçısı İbrahim Şehiçin səhvindən istifadə edən Kostas Manolas topu başla qapıdan keçirib – 0:1.
20:15
Matçın 15-ci dəqiqəsində “Roma” komandası hesab arasındakı fərqi artırıb. El Şaravinin ötürməsindən sonra Edin Dzeko topu sinəsi ilə saxlayaraq vurduğu dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2.
20:28
Matçın 28-ci dəqiqəsində “Qarabağ” komandası hesab arasındakı fərqi azaldıb. Dino Ndlovu pressinq nəticəsində rəqib müdafiəçidən topu alaraq Pedro Enrikəyə ötürmə edib. Gözəl ötürmədən sonra qapıçı ilə təkbətək qalan Pedro Enrike dəqiq zərbə ilə komandasının “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk qolunu qapıdan keçirib – 1:2.
20:45
Maraqlı keçən qarşılaşmanın birinci hissəsi başa çatdı.
21:49
Beləliklə, oyun “Roma” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Загрузка...
Загрузка...