Qarabağ- GÜLNARƏ İSRAFİL

Qarabağ danışıqları deyəndə bu nağıllarla yuxuya gedən xalqıma baş sağlığı vermək istəyirəm. Bilmirəm kimlər hansı məqsədlərinə uyğun olaraq bu sözləri axşam sabah qulağımıza pıçıldayıb yuxuya verir? Təkcə onu bilirəm ki, Qarabağın azad olunması yalnız silah gücünə başa gələcək. Camaatın bir qismi müharibə olmasın torpağımız qayıtsın, bir qismi daşnaqlarla bir arada yaşayaq torpağmız qayıtsın, bir qismi müharibə olsun, bir qismi torpaqlar olmasın rahat yeyim içim, bir qismi harınlamış vəziyyətdə torpaq vətən düşünəcək halda deyil. Mənsə deyirəm ki, əzizlərim torpağınız yalnız silah gücünə geri qaytarıla bilər. İyirmi ildən çoxdur ki, əsir qadınlarımız hansı işgəncələrə məruz qaldığından xəbərsizsiniz. Bəlkə sizin xəbəriniz var da mənim yuxum şirin şəkər olub? Bax onu bilmirəm, bircə onu bilirəm ki, hamınız bal-şəkər içində yatdığınız zaman erməni daşnaqları öz mənfur niyyətindən əl çəkmirlər. Misal üçün səhiyyədə baş verən uşaq və qoca türk oğlanlarının ölümü, xəstələrə laqeyd yanaşma erməni daşnaqlarının bir başa milli kimliklərinə xidmətləridir. Hansı daşı qaldırırsan ilanlar altından çıxırlar. Son illərdə yenicə doğulmuş minlərlə oğlan uşaqlarının ölümü qeydə alınıb. Hamınız o şovinistləri tanıya bilərsiz. Necə? Sadəcə. Onların heç biri, məmə yeyəndən pəpə yeyəninə qədər Azərbaycan dilində danışmır. Rus dilində danışır. Qəribəsi odur ki, azərbaycanda yaşayan ruslarsa öz uşaqlarına erməni bizim millətdir, onlara silah çəkməyin ideologiyası altında təlim-tərbiyyələnirlər. Sənədini dəyişib Azərbaycanda yaxşı vəzifələr başına keçənlər bu gün siyasət irəli sürürlər ki Qarabağda yenidən Azərbaycan xalqı ilə erməni daşnaqları bir arada yaşasınlar. Bunu bir Azərbaycanlı düşünə bilməz. Düşünsə də mütləq qanında genində südündə nəsə qarışığı var. Mən illər əvvəlin faciələrini unuda bilmərəm. Unutmaq unutdurmaq siyasət oyunlarıdır. Vətəndaşlıq hüququma sahib olaraq deyirəm ki, Şəhidlərimi, Xocalı faciəmi unudacaq qədər kiçilməmişəm. Unutmayın ki, daşnaqlar dünyanın harasında olurlarsa olsunlar milli süur üçün çalışırlar. Bizi içimizdən başqa yollarla öldürürlər. Erməni daşnaqlarının açıq şəkildə bu torpaqda rahat yaşayıb gəzməklərinin əleyhinəyəm. Heç bir təşkilat, qrum vətən adına qərar verə bilməz! Xalq qərar verib, xalq erməni terrorundan torpağını azad edə bilər. Dünyada insan ölümünə qarşıyam. Erməni terrorçuları insan deyillər. Terrorçular insanlıqdan çıxdıqda o adı “şərəfləndirə” bilirlər...

***

Sinəmdə məzar daşları
ildən ilə böyüyür...
Qan daşlanır...
Yaddaşlanır...
Yad daşlanır.
Özümüzə dəyir daşımız!
təzələnir ildən ilə yaddaşımız
daşımız, baş daşımız!!!
Bu ağrılar lövhələrdə göyərir...
Bitir ölkə-ölkə.
Salxım-salxım dən verir elə bil
hər il.
Yollara qanlı ləçəklər sərilir
bayraq bayraq!
Qışın üzü sərtləşir ayın bu günündə
altı yüz on üç məsumun ölümündə.
Baş-baş doğranıb atılanların, dəhşətli faciələri
körpünün üzündə yazılıb deyə
körpünü də sovurublar göyə.
Qanlı divarlar uçurulmasaydı
hələ də mıxlanmış, diri-diri soyulmuş
uşaqların fəryadı qalmış olacaqdı divarlarda,
düzdə, dərədə, dağda,
Xaçaturun şərab içdiyi bağda.
həmin izlərdir ki, daşların altında qalıb
iyirmi üç ildir ki, qışqırır...
Səsinə səs verən yox.
Diri-diri yandırılmış qəhrəmana
ağac sarılmışdı ki, sona qədər yandırsın.
Gözü mismarlanan şəhid,
Qarabağa verib gözünü...
Deşik-deşik üzünü, özünü...
Döşü kəsilmiş qadının da,
döşü çürüyüb artıq torpağın altında.
Əsirlikdə olan qadınlar
zorlanaraq bic doğuzdurulur,
çoxalır Xaçaturların nəsli.
Gələcəyə güllə atmaq,
keçmişin bağrını dəlmək üçün.
daşlanır yaddaşım hər il!
Şəhidlərin doğranılmış ruhuları
hayqırır məzarlarda,
imzalarda...
Milyardlarla tüpürük düşür üzümə;
Alçaldılmış qadınların tüprüyü...