Qarabağ Azərbaycana qaytarılmalıdır – Erməni deputat

 
İstənilən halda işğaldakı ərazilər Azərbaycana qaytarılmalıdır.
 
Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri bu gün jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin sədr müavini Ermine Naqdalyan deyib.
 
Qeyd edək ki, E.Naqdalyan bir müddət öncə də “Beynəlxalq hüquq bizə Qarabağ ətrafı ərazilərə nəzarət etmək haqqı vermir” deyə açıqlama vermişdi. Bundan sonra onun istefası ilə bağlı çağırışlar gündəmə gəlmişdi.