"Qara cümə"də 3 amerikalı öldü

 
ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışında 2 nəfər ölüb.
 
Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, Nyu-Cersi ştatında “Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci  güllələyib, hər iki şəxs ölüb. Bundan başqa Nevada ştatında “Walmart” marketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində isə 3 nəfər güllə yarası alıb, onlar hazırda xəstəxanadadır.