​“Qara bazar ləğv edilsin” - Bankların qanunsuzluğuna son verilə bilər

 
 "Azərbaycanda "Qara bazar” ləğv edilməlidir”.
 
Bunu bakipost.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, Mərkəzi Bankın valyuta dəyişmə məntəqələrinin ləğviyla bağlı qərarı əks effket göstərib: "Mərkəzi Bank valyuta dəyişmə məntəqələrin ləğvini məhz "qara bazar”ın aradan qaldırılması üçün etmişdi. Amma bu qərar tam əksinə olaraq "qara bazar”ın bir az genişlənməsinə səbəb oldu. Kommersiya bankları dollar satışını məhdudlaşdırıb. Amma apardığımız monitorinqlər gösətirir ki, "qara bazar”dakı dolların əksəriyyəti kommersiya banklarından gəlir. Çünki "qara bazar”ın özü dollar almaq imkanına malik deyil. Kommersiya banklarının özləri də əhaliyə dollar satmağa maraqlı deyil. Bu səbəbdən banklar dolları daha yüksək məbləğdə "qara bazar” vasitəsilə vətəndaşlara satır”.
“Qara bazar ləğv edilsin”
Vüqar Bayramov qeyd edib ki, bu məsələdə Maliyyə Bazarlarına Nəzarət Palatasının gücləndirilməsinə ehtiyac var: "Bu gün banklar dollar alsalar da, satmırlar. Əksər kommersiya bankları dollar satışını dayandırıb. Digər banklar isə yalnız 100 və ya 200 dollardan artıq satış etmir. Ümumiyyətlə, bəzi bankların özü "qara bazar”la işləməkdə maraqlıdır. Ona görə də nəzarətin gücləndirilməsi vacibdir. Bundan əlavə, kommersiya banklarında dolların alış və satışının monitorinqinin aparılmasına ehtiyac var. Onlar əhalidən dollar alsalar da, geri satmırlar. Bu, düzgün deyil. Həmin banklara dolların satılması məqsədəuyğun deyil”.
 
İqtisadçı hesab edir ki, monitorinqlərin aparılması önəmlidir: "Hər bir kommersiya bankına görə rəsmi dollar statusunun müəyyənləşdirilməsinə ehtiyac var. Onun hərracda alınan dollarla müqayisə edilməsinə ehtiyac var ki, "qara bazar” yaranmasın. Çünki vətəndaş dolları bankdan almalıdır. Ölkəyə gələn turistin "qara bazar”dan xəbəri yoxdur. O, bankdan dollar almaq istəsə də, bunu edə bilmir. Ölkədə dollar qıtlığı olduğu zaman da dollara çevirməkdə çətinlik çəkir. Hava limanında belə imkan yaradılıb. Amma bizim monitorinqlər göstərir ki, onlar dolları şəhərdə dəyişmək istəyirlər. Çünki hava limanında problem yaşamaq istəmirlər. Buna görə də "qara bazar”ın ləğvi vacibdir. Orada saxta dolların satılması və vətəndaşın aldadılması şansı yüksəkdir. "Qara bazar” qanunən tənzimlənmir. Qanundan kənardır. Onun ləğvi olduqca vacibdir. Amma kommersiya bankları onun fəaliyyətinin davam etməsində olduqca maraqlıdır. Çünki banklar dollar satmadığı halda vətəndaş oradan dollar almaq məcburiyyətində qalacaq”.

Загрузка...
Загрузка...