“Qanuni oğru”lar Türkiyədə toplandı- Cəza qərarı

 
 
Ötən gün Türkiyədə “qanuni oğru”ların növbəti “sxodka”sı keçirilib.
 
Turaninfo.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, toplantıda “Koka” ləqəbli nüfuzlu kriminal avtoritet Nikolay Şalibaşvili “qanuni oğru” adından məhrum edilib.
 
Şalibaşvilinin adının alınmasına səbəb “qanuni oğru”ya yaraşmayan hərəkətləri olub.
İddialara görə, Şalibaşvili həmçinin “obşak”ın pulunu şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur.
 
Qeyd edək ki, cinayət aləminin 54 yaşlı nümayəndəsinin öldüyü güman edilirdi. O, vətəni Gürcüstanda 2008-ci ildən ölmüş sayılır. “Koka” mənzil oğurluğu, qarət kimi işlərdə ixtisaslaşmış cinayətkar qruplaşmanın lideri olub.

Загрузка...
Загрузка...