Qan qrupuna görə insanın xasiyyəti

 
 
Qan qrupu insan haqqında maraqlı xüsusiyyətləri izah edə bilir. Mütəxəssislərin fikrincə, qan qrupunda mövcud olan xüsusi faktorlar var, hansıki həmin faktorlar orqanizmin bəzi fizioloji xüsusiyyətlərinə və ümumilikdə insanın xarakterinə təsir edir. Həmin faktorlara əhatəli şəkildə nəzər salaq:
 

1-ci qan qrupu
 
1-ci qan qrupu ən qədim qan qrupu hesab olunur. Araşdırmalar göstərmişdir ki, 1-ci qan qrupu neandertalların vaxtından, yəni e.ə. 40.000 il əvvəlki dövrdə mövcud olmuşdur. Həmin insanların qida rasionunu əsasən yabanı bitkilər, həşəratlar və vəhşi heyvanların qalıqlarından ibarət olmuşdur.
 
1-ci qan qrupuna malik insanlar bir az məsuliyyətsiz olduqları üçün başladıqları işi sona çatdırmırlar, lakin bununla belə onlar bu cür vəziyyətdən həmişə çıxış yolu tapırlar. Necə? Sadəcə öhdəlik və vəzifələri başqa insanlara, əsasən öz həmfikirlərinə ötürərək. Məhz bu xüsusiyyət 1-ci qan qrupuna malik insanlara müdir, baş təşkilatçı kimi vəzifələrin öhdəsindən gəlməyə yardım edir və insanda liderlik xarakteri yetişdirir.
 
Bu insanlar yüksək natiqlik qabiliyyəti və potensiala malik olur, kütləni öz arzasınca apara bilir.
 
Xəstəliklərə meyil: 1-ci qan qrupuna malik olan insanlarda ət və ət məhsulları daha gec həzm olunur. Bu insanlara daimi olaraq hərəkətdə olmaq, aktiv həyat tərzi sürmək məsləhət olunur.
 
2-ci qan qrupu (A).
 
2-ci qan qrupu insanlar hər şeylə qidalanmağa başladığı dövrlərdən yaranmağa başlamışdır. Bu da təxminən e.ə. 25.000-15.000 il əvvələ təsadüf edir. Bu dövrdə insanların əsas qayğısı əkinçilik və heyvanların əhililləşdirilməsi olmuşdur. Hal-hazırda 2-ci qan qrupuna malik insanlar ən çox Qərbi Avropa və Yaponiyada məskunlaşmışdır.
 
2-ci qan qrupuna malik insanların xarakterinin əsas xüsusiyyəti liderlik sayılır. İstənilən vəziyyətdən çıxış yolunun asanlıqla tapılması, habelə istənilən mühitə tezliklə uyğunlaşma 2-ci qan qrupu üçün spesifik göstərici sayılır. Mövcud olan problemləri həll etmək bir qədər çətin olsa da bu insanların başqalarına verdiyi məsləhətlər əksər hallarda effektiv olur.
 
Bu insanların xarakterik xüsusiyyətlərinə uyğun gələn ixtisaslar: müəllim, həkim, administrator, təşkilatçı.
 
Xəstəliklərə meyil: əksər hallarda ürək xəstəlikləri , ödün funksiyasının pozulması və görmə qabiliyyətinin zəifləməsi baş verir.
 
3-cü qan qrupu (B).
 
Hesab olunur ki, bu qan qrupu e.ə. 15.000 il əvvəl yaranmağa başlamışdır. Həmin dövrdə insanlar daimi yaşayış yerlərin tez-tez dəyişir, xüsusilə də soyuq iqlim qurşaqlarına axın güclü olur. Kəskin iqlim və mühit dəyişiklikləri 3-cü qan qrupunun meydana gəlmə səbəblərindən biridir. Bu insanlar olduqca dəqiq və sərrast olurlar. Qarşıya qoyulmuş məqsəd və öhdəlikləri yüksək səviyyədə, dəqiqliklə, heç bir xırdalığı nəzərdən qaçırmayaraq edirlər.
 
Məhz 3-cü qan qrupuna malik insanlar asanlıqla öz işinin ustası, mütəxəssisi olurlar. Mütəxəssis və usta olmaq isə böyük məsuliyyət və xırdaçılıq tələb edir.
 
Bu insanlardan əla zərgər, cərrah, vəkil, kriminalist çıxır.
 
Xəstəliklərə meyil: selikli qişa çox əziyyət çəkir. Buna görə də ən çox həzm sisteminin orqanların qorumaq lazımdır.
 
4-cü qan qrupu (AB).
 
Digər qan qrupları ilə müqayisədə bu qan qrupu ən gənc qan qrupudur. 4-cü qan qrupunun yaşı 1000 ildən çox deyil heç. Bu qan qrupu 1 və 3-cü qan qrupunun birləşməsindən əmələ gəlir və böyük nadirliklə xarakterizə olunur. Beləki, dünya əhalisinin cəmi 5%-i 4-cü qan qrupuna malikdir.
 
4-cü qan qrupuna malik olan insanlar səbirli olur və iş yerində, kollektivdə, cəmiyyətdə öz xarakterinin sakitliyi və rəmkinliyi ilə seçilir.
 
Bu insanlara uyğun gələn ixtisaslar: kəşfiyyatçılar, alimlər, proqramçılar, iqtisadçılar.
 
Xəstəliklərə meyil: güclü immun sisteminə malik olsalar da, tez-tez oynaq və dəri xəstəliklərinə tutulurlar