​“Qalatasaray”ın oyunçusunun atası terrorun qurbanı oldu

Martın 13-də Ankarada baş verən terrorda ölənlər arasında «Galatasaray» klubunun futbolçusu Umut Bulut-un atası da var.
Bu barədə «Galatasaray» azarkeşlərinin «Veb Aslan» saytı xəbər verib. Xəbərdə deyilir ki, ölənlərdən biri də Umut Bulut-un atası Kemal Bulut-dur.
Umut Bulut futbol üzrə Türkiyə yığmasının da üzvüdür.
«Galatasaray» klubunun Azərbaycanda da çoxsaylı azarkeşi var.
Ankarada baş verən terrorda, azı, 37 nəfərin öldüyü, 100-dən çox şəxsin isə yaralandığı bildirilir.