"Qalatasaray"dan Azərbaycana Qarabağ dəstəyi - FOTO

Türkiyənin “Qalatasaray” klubu petisiya layihəsində Azərbaycana dəstəyini ifadə edib. Fanat.az xəbər verir verir ki, bu barədə məlumat klubun rəsmi "Facebook" səhifəsinə də yerləşdirilib.
İstanbul təmsilçisinin “Facebook” hesabında deyilir: “Qalatasaray ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imza da biz atırıq”.
Qeyd edək ki, kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemlə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıblar. Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.
Onu da qeyd edək, bundan əvvəl "Fənərbaxça" klubu, "Barselona"lı Arda Turan, aparıcı Acun İlicalı və digər məşhur türklər petisiya layihəsinə qoşulub.