"Qafqaz" Universiteti tam bağlanır

 
Yaxın günlərdə Azərbaycan hökuməti bu ilin 20 iyulundan etibarən Bakı Ali Neft Məktəbinin (BANM) müvəqqəti idarəçiliyinə verilmiş Qafqaz Universitetiylə bağlı son qərarını elan edəcək.
 
Təhsil Nazirliyinə yaxın mənbələr xəbər verir ki, Qafqaz Universitetinin verildiyi SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin sentyabrın 15-dək növbətisi toplantısı keçiriləcək və həmin toplantının qərarı ilə də Qafqaz Universitetinin rəsmən bağlandığı elan ediləcək. Universitetin 5 min nəfərə çatan tələbə heyətinin isə yeni yaradılacaq başqa bir ali məktəbdə təhsillərini davam etdirəcəkləri gözlənilir.
 
Mənbə yeni universitetin hansı ad altında fəaliyyət göstərəcəyi və rektorunun kim olacağı haqda hər hansı məlumat verməyib.