​“Qafqaz İmarəti”nin lideri öldürüldü

 
Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.
 
Turaninfo.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb. Polis və dinc sakinlər arasında yaralanan olmayıb.
 
Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb. O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.

Загрузка...
Загрузка...