Qadını şantaj edən şəxs tutulub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da Bakı şəhər sakini Ü.M. (qadın) Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edərək həmin gün Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmovun onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 150 manat pulunu almasını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Rüstəmov tutulub.