​Qadın sərnişin özünü təyyarədən yerə atdı

 
 
 
ABŞ-ın Hyuston ştatında Corc Buş adına hava limanında qəribə hadisə baş verib.
Turaninfo.az “Fox News”a istinadən xəbər verir ki, qadın sərnişin təyyarənin təcili çıxış yolundan özünü yerə atıb.
Qeyd olunur ki, insident təyyarənin yerə endiyi, lakin hələ də hərəkətdə olduğu zaman baş verib.
Qadın təyyarənin qanadının üstünə dırmaşaraq yerə atılıb və terminala doğru qaçıb, lakin polislər tərəfindən saxlanılıb.
Sərnişinə psixiatriya ekspertizası təyin olunub.