​Qaçqın müsəlmanlar xristianlığı qəbul etdilər

 
Finlandiyaya gələn yüzlərlə müsəlman qaçqın xristianlığı qəbul edib.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Finlandiyanın “Yle” agentliyi yayıb. Agentlik xristianlığı qəbul edənlərin çoxunun sığınacaq verilməsi üçün Helsinkiyə müraciət edən iraqlılar olduğunu bildirib.
 
Xristianlığı qəbul edən müsəlmanlara nəzarət edən keşiş Ramez Ənsari iraqlıların bununla öz yurdlarına geri dönməkdən xilas olmaq istədiyini söyləyib:
 
“Xristianlığı qəbul edən müsəlman öz vətənində öldürülə bilər. Ona görə də əgər Miqrasiya Xidməti onların həqiqətən xristianlığı qəbul etdiyinə inansa, həmin şəxs burada sığınacaq almaq imkanına sahib olacaq”.

Загрузка...
Загрузка...