"PYD terrorçuları istənilən halda Membici tərk edəcəklər" — Binali Yıldırım

 
Türkiyənin baş naziri Binali Yıldırım türk ordusunun Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatından danışıb.
 
Ölkə.Az xəbər verir ki, baş nazir Türkiyənin əməliyyat çərçivəsində qarşısına qoyduğu məqsədə mütləq çatacağını bildirib.
 
"Türkiyənin əməliyyatdan əvvəl ABŞ-la razılığı var. Bu razılığa əsasən PYD-YPG terrorçuları mütləq Membic şəhərindən Fərat çayının şərqinə çəkilməlidirlər. Biz ABŞ-ın bu sözü tutacağını gözləyirik. İstənilən halda bu terror qruplaşmasının üzvləri Membici tərk edəcəklər", deyə Türkiyənin baş naziri vurğulayıb.