Pxenyandan əzələ nümayişi - GƏRGİNLİK PİK HƏDDƏ

Baxış sayı: 
166
0  
0  

Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni peyk yaradıb.
Publika.az xəbər verir ki, bu haqda kəşfiyyat mənbələrinə istinadən Cənubi Koreyanın “Çunan İlbo” qəzeti bildirib.
Nəşrin məlumatına görə, peyk “Kvanmenson-5” (“Parlaq ulduz”) adını aldı. Təfərrüatlar və peykin texniki xarakteristikaları açıqlanmır.
“Kvanmenson-4” adlı əvvəlki peyk eyniadlı raket-daşıyıcı ilə 2016-cı il fevralın 7-də Pxyonan-Pukto əyalətindəki Soxe kosmodromundan buraxılıb. Bu işəsalma Koreya yarımadasında vəziyyəti kəskinləşdirib.
Yapon və Cənubi Koreya hərbçilərinin məlumatına görə, bu raket “Tepxodon-2” qitələrarası ballistik raketin mülki versiyası olan “İnxa-3” daşıyıcısının təkmilləşdirilmiş modifikasiyasıdır.
Ömər Dağlı

Загрузка...
Загрузка...