Putinlə Əsəd arasında gizli razılaşma

Rusiya prezidenti Vladimir Putinlə Suriya lideri Bəşər Əsəd arasında gizli razılıq əldə edilib.
 Turaninfo.az  xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriyanın Haseke şəhərinin keçmiş polis rəisi Məhəmməd Şimali açıqlama verib.
 O deyib ki, Suriyanın ümumi neft və qaz ehtiyatlarının 65 faizinin nəqlinin 50 il müddətinə Rusiyaya verilməsi ilə bağlı Bəşər Əsədlə Vladimir Putin arasında gizli sənəd imzalanıb:
 "Bu sənədlə Rusiya Suriyanın yeraltı ehtiyatlarından gələn gəlirlərin 65 faizinə 50 il müddətinə sahib çıxacaq. Son günlər Rusiyanın yaxından dəstəyi ilə Əsəd qüvvələrinin Palmirada hərbi əməliyyatlar keçirməsi və şəhəri azad etməsinin də əsas məqsədi məhz neft-qaz ehtiyatları ilə bağlıdır. Çünki Palmiradan Xümsə qədər olan 180 kilometrlik ərazilər Suriyanın ən zəngin qaz ehtiyatlarına malik olan bölgələridir. Görünür, Rusiya bu ərazilərin azad olunması üçün öz maraqlarına uyğun olan və sərfəli sayılan şərtlərlə Əsədlə razılaşma əldə edib. Ancaq Əsədin 50 il müddətinə Rusiyaya verdiyi neft-qaz ehtiyatları xalqın maraqlarına tam ziddir".