Putinlə Ərdoğanın məxfi Qarabağ söhbəti: “Türk casusları...” - DETALLAR

 
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya səfəri zamanı Vladimir Putinlə bağlı qapılar arxasında keçirdiyi görüşün detalları məlum olub.
 
 
Publika.az xəbər verir ki, bu barədə “Sözcü” qəzetinin köşə yazarı Can Ataklı yazıb.
 
 
Yazar ona bu haqda Kremlin analitiklərindən birinin məlumat verdiyini açıqlayıb.
 
 
C. Ataklının sözlərinə görə, Putin qapalı görüşdə Ərdoğana 7 şərt irəli sürüb.
 
 
1. Qarabağ: bu bölgə bizim üçün önəmlidir. Azərbaycana görə sizin üçün də önəmlidir. Bunu bilirik. Amma konstruktiv olun. Bu problemin də həll olunması lazımdır. Bizimlə inada girib, problemi həll etmək əvəzinə, daha da çətinləşdirirsiniz.
 
 
2. Əsədi artıq qəbul edin: Suriya siyasətiniz əvvəldən səhv idi. Planları Əsədin getməsinə görə qurdunuz, amma bunun yanlış addım olduğu ortaya çıxdı. Biz Əsədi dəstəkləyirik, siz də artıq onun getməsi ilə bağlı israr etməkdən vaz keçin. Əsədin varlığını qəbul edin. Suriya probleminin həlli Əsəddən keçir, bunu qəbul edin.
 
 
3. Krım və Qafqazı buraxın: Krımda tarixi bağları önə çəkərək, əleyhimizə olan fəaliyyətləri dəstəkləyirsiniz. Bunu bəzi Qafqaz ölkələrində də edirsiniz. Bunları diqqətlə izləyirik. Düzgün etmirsiniz. Bunlar münasibətlərimizin düzəlməsinə yox, daha da pisləşməsinə səbəb olur.
 
 
4. Dörd ölkədən -  Qırğızıstan, Türkmənistan, Qazaxıstan və Özbəkistandan əl çəkin. Sizin casuslarınızın bu ölkələrdə kəşfiyyat apardığını, bölgədəki xalqları bizə qarşı təşkilatlandırmağa çalışdığınızı bilirik. Artıq bunlardan vaz keçin. Göz görə-görə sizə imkan vermərik.
 
 
5. PYD Rusiya üçün də önəmlidir: Suriyada əsas təhlükə İŞİD və ona bənzər terror təşkilatları olduğu halda, siz diqqətinizi PYD-yə verirsiniz. Bunu bilin ki, PYD bizim üçün də önəmlidir. Addımlar atarkən, buna diqqət edin. Yoxsa, bölgədə arzuolunmaz hadisələr baş verə bilər.
 
 
6. Sərhədlərinizi terrora bağlayın: Artıq Suriyaya silah göndərməyi dayandırın. Sərhədlərinizi terrorun üzünə bağlayın. Rusiyanın maraqlarına qarşı hərəkət edənlər sizin sərhədlərdən keçir. Bunun qarşısını alın.
 
 
7. Nazirləriniz sözlərinə diqqət etsin: İki ölkə arasındakı münasibətlərdə qarşılıqlı inam və səmimiyyət çox vacibdir. Daxili siyasət üçün dediklərinizi anlayırıq, lakin bəzi nazirləriniz və rəsmilərinizin Rusiya əleyhinə sözləri bizi narahat edir. Bundan sonra zəhmət olmasa daha diqqətli olun.