Putinlə Ərdoğan görüşəcək - Yeniləndi

Bu dəqiqələrdə Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti baş tutub.
 Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
 Telefon söhbəti Rusiyanın təşəbbüsü ilə həyata keçirilir.
 Putinlə Ərdoğan arasında görüş başa çatıb. Telefon söhbətinin 40 dəqiqə çəkdiyi, görüşün detallarının isə az sonra açıqlanacağı bildirilib.
 Kremlin məlumatına görə, görüş müsbət aurada keçib.
 Telefon söhbəti zamanı tərəflər təkbətək görüş barədə razılaşıb.
 Bundan əlavə, söhbət vaxtı İstanbulda baş verən terror aktı müzakirə olunub.
 Tərəflər arasında Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşdırılmasının vacibliyi, bunun üçün önəmli addımların atılması, regiondakı siyasi, iqtisadi və humanitar məsələlərdə əməkdaşlıq etmənin vacibliyi vurğulanıb. Həmçinin terrora qarşı birgə addım atmaq məsələsi müzakirə olunub.