Putinlə bağlı lətifə sosial şəbəkələri dağıdır

Putinlə bağlı sosial şəbəkələrdə yayılan yeni lətifə böyük maraq doğurub.
 Axar.az xəbər verir ki, lətifəni tanınmış rus bloqçu Slava Rabinoviç öz bloqunda yerləşdirib.
 Lətifə belədir:
 Putin orta məktəbdə şagirdlər qarşısında çıxış edir. Görür ki, söhbəti şagirdləri darıxdırır və başlayır monoloqunu dialoqa çevirməyə:
 - Mənə sualı olan varmı? – Putin soruşur.
 Bu vaxt Petya İvanov ayağa qalxıb deyir:
 - Sizə 3 sualım var:
 1) Litvinenkonu kim öldürüb?
2) Niyə ölkə əhalisi bu qədər kasıbdır?
3) Nə üçün ölkədə insan haqları ardıcıl olaraq pozulur?
 Putin hiss edir ki, onu soyuq tər basır. Ancaq bu vaxt zəng çalınır və uşaqlar tələsik sinifdən qaçmağa başlayır.
 Növbəti dərsdə Putin yenidən soruşur:
 - Mənə sualı olan varmı?
 Bu dəfə Vovoçka ayağa qalxır:
 - Sizə 5 sualım var:
 1) Litvinenkonu kim öldürüb?
2) Niyə ölkə əhalisi bu qədər kasıbdır?
3) Nə üçün ölkədə insan haqları ardıcıl olaraq pozulur?
4) Niyə ötən dərs zəng vaxtından 20 dəqiqə əvvəl vuruldu?
5) Petya İvanov haradadır?..