Putinin “varis”i niyə zərərsizləşdirildi? – Kremldə PƏRDƏARXASI OYUN

 
Rusiya prezidenti Vladimir Putin prezident administrasiyasının başçısı Sergey İvanovu istefaya göndərdi və öz protokol müdiri Anton Vaynonu bu vəzifəyə təyin edib. Mümkündür ki, Rusiya prezident seçkilərinə hazırlıq dövrünə daxil olub.
 
Publika.az xəbər verir ki, bunu Rusiyanın prezident administrasiyasının rəhbərliyində olan dəyişikliyini şərh edən müstəqil jurnalist Konstantin Qaaz “Slon.ru” saytında yazıb.
 
Rusiyada növbəti prezident seçkiləri 2018-ci martında keçirilməlidir. Jurnalist hesab edir ki, növbədənkənar seçkilər keçirilərsə, bu 2017-ci ilin martından gec olmayaraq olacaq.
 
“Vladimir Putinin mandatını uzatmaq və ya hakimiyyətin Putin elitasının ikinci nəslinə ötürülməsi prosesini qurtarmaq üçün seçkilər lazımdır. İstefalar və təyinatlar haqqında tez-tez xəbərlər çıxır. Birinci versiyanın xeyrinə Ukrayna ilə münasibətlərin gərginləşməsi, Federal Təhlükəsizlik Xidməti və Federal Gömrük Xidmətinin gücləndirilməsi, Təhlükəsizlik Şurasının səlahiyyətlərinin genişlənilməsi, ikincinin xeyrinə isə prezidentin sağlamlıq vəziyyəti, planlaşdırmanın aşkar əlamətləri: Dövlər Dumasına seçkilərin vaxtının dəyişdirilməsi, Rusiya Qvardiya (Rosqvardiya) qoşunlarının yaradılması, qubernatorlar kimi Putinin mühafizəçilərinin təyinatı, Sergey İvanovun istefası və Anton Vaynonun təyinatı danışır”, - o, qeyd edib.
 
Onun sözlərinə görə, Sergey İvanov Vladimir Putinin komandasında ən pis menecerlərdən biridir: “O, vəzifə üzrə yol verilməyən siyasi ambisiyaları açıq göstərirdi. Prezident administrasiyası rəhbərinin keçmiş 1-ci müavini Vladislav Surkova qarşı səhnəarxası oyunları aparırdı və ən əhəmiyyətli, baş nazir Mixail Fradkovun istefasından dərhal sonra KİV-də ictimai bayram təşkil etdi: İvanova yaxın məmurlar şərhləri sağa və sola paylayırdı ki, baş nazir, daha sonra isə prezident İvanov olacaq. İvanov sovet çekistinin klassik nümunəsidir. Şahidlərin sözlərinə görə, qərb KİV-ində Rusiya biznesi və siyasətçilərə qarşı sifarişli kampaniyalar və casus dedi-qoduları onun sevimli süjetləridir. Məsələ ondadır ki, belə geosiyasət dövlət xadimi üçün əhəmiyyətli şeyləri görməyə icazə vermir: iqtisadiyyat, biznes maraqları, qloballaşmanın obyektiv problemləri”.
 
Qeyd edək ki, KİV-də tez-tez Putinin mümkün varislərinin adları qeyd edilir. Tula vilayətinin qubernatoru Aleksey Dyumin, sabiq maliyyə naziri Aleksey Kudrin, müdafiə naziri Serqey Şoyqu, baş nazir Dmitri Medvedev, Moskva vilayəti administrasiyasının rəhbəri Andrey Vorobyov ilə yanaşı prezident administrasiyasının başçısı Sergey İvanovun da Putinin varisi olaraq adı çəkilirdi.