Putinin “uçan sarayı”, Obamanın “1 nömrə”si - Fotolar

 
Dünya liderlərinin çoxunun  öz şəxsi təyyarəsi var. Bəs bu təyyarələr haqda hər hansı bir təsəvvürə maliksinizmi?
 
Axar.az 4 dünya liderinin təyyarəsi haqda məlumatı təqdim edir:
 
Prezident Barak Obama
 
Obamanın şəxsi təyyarəsi “Bir nömrəli göyərtə” (Air Force One) adlanır. Onun hərbi modifikasiyaya sahib iki ədəd “Boinq VC-25” təyyarəsi var.
 
Hər birinin qiyməti 325 milyon dollardır. Prezidentə aid olan xüsusi hissədə ikidivanlı yataq otağı, çarpayı, tualet, duş və şəxsi kabineti  mövcuddur.
 
Təyyarədə eyni anda 100 nəfərlik yemək hazırlamaq potensialına malik olan iki mətbəx yerləşir. Burda həmçinin zəruri dərman preparatları var və tibbi personal fəaliyyət göstərir.
 
Prezident Vladimir Putin
 
Rusiya hökumət adamlarını daşıyan bir neçə təyyarə var ki, onların adı “Rusiya” adlanır. Bu təyyarələrə çoxları “Uçan saray” da deyir.
 
1996-ci ildən bu təyyarələri İl-96-300-PU-lar təşkil edir. Bu təyyarələr İl-96 sərnişin təyyarəsinin modifikasiya edilmiş variantıdır.
 
2018-cu ilin sonunadək bu təyyarə heyətinə daha iki təyyarənin qoşulması planlaşdırılır. Sözügedən hər iki təyyarənin qiyməti təxminən 5 milyard rubl təşkil edəcək.
 
Bu təyyarələrin digərlərindən xüsusi fərqi ondan ibarətdir ki, onlar lazım gələrsə, ölkənin nüvə silahını idarə etmək potensialına malikdir.


 
Prezident Fransua Olland
 
Fransa prezidenti 2010-ci ilin noyabrından “Airbus A330-200” təyyarəsindən istifadə edir. Təyyarənin qiyməti 176 milyon avroya bərabərdir.
 
Təyyarədə ofis, mətbəx, 12 nəfərlik ümumi zal, istirahət üçün ayrılmış xüsusi yer var.
 
Prezidentin təyyarə donanmasına 2009 və 2010-cu illərdə alınan “Falkon “ təyyarələri daxildir.
 
Kansler Angela Merkel
 
Almaniya kanslerinin əsas təyyarəsi Airbus A340-dır. Bu təyyarə kanslerə aid olmadan öncə 10 il ərzində sərnişin təyyarəsi kimi fəaliyyət göstərib.
 
Bu təyyarə Prezident Barak Obamanın təyyarəsi ilə eyni ölçülərə sahib olsa da, ondan iki dəfə artıq - 140-dan çox sərnişin tutur.
 
Təyyarə fasiləsiz 13500 kilometr uçuş qət etmək gücünə malikdir.