​Putinin üç böyük MƏĞLUBİYYƏTİ

 
“Son zamanlar Kreml xarici siyasət üzrə üç fundamental məğlubiyyət yaşadı”.
Publika.az xəbər verir ki, bunu Rusiya politoloqu, jurnalist, siyasətçi Andrey Piontkovskiy “Obozrevatel” nəşrinə açıqlamasında deyib.
“Rusiyanın ən böyük məğlubiyyəti Ukrayna ilə müharibədə baş verdi. Ukraynada “rus dünyası” ideyası məhv oldu, rus əhalisi bu konsepsiyanı rədd etdi. Rus əhalisinin böyük əksəriyyəti Ukrayna dövlətinə və onun Avropa seçiminə bağlı qaldı. Və bu ən fundamental məğlubiyyətdir”, - politoloq vurğulayıb.
Onun sözlərinə görə, Putinin ikinci məğlubiyyəti Qərbə edilən nüvə şantajının müvəffəqiyyətsizliyidir: “Qərbi daim nüvə silahı ilə hədələyirdilər. Bildirirdilər ki, bizim “yaşıl adamcığazlar”ımız Baltikyanı ölkələrə girəndə Qərb müdaxilə etsə, nüvə silahından istifadə olunacaq. Amma Qərb Baltikyanı ölkələrdə öz qoşunlarını yerləşdirilmək barədə qərarı ilə nüvə şantajına kifayət qədər sərt cavab verdi”.
Politoloq hesab edir ki, Putinin üçüncü məğlubiyyəti Suriya macərasıdır: “Suriya müharibəsi Ukraynadakı məğlubiyyətdən diqqəti yayındırmaq cəhdi idi. Amma daha böyük xoşagəlməz hadisələrlə başa çatdı. Rusiya hərbi cinayətkar damğasını aldı”.

Загрузка...
Загрузка...