​Putinin səlahiyyətli nümayəndələrindən 3-ü ERMƏNİ OLDU....

 
 
Növbəti dəfə prezidentliyə namizədliyini irəl sürmüş hazırkı Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndələrinin   cümə günü Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmiş  259 nəfərlik  siyahısında ermənilərin də olduğu bilindi.
 
Moderator.az “SputnikArmeniya”ya istinadla xəbər verir ki,  onlar  “Rusiya Today” və “Sputnik Armeniya” nəşrlərinin  baş redaktoru Marqarita Simonyan, iki dəfə olimpiya şempionu Yana Yeqoryan və kinorejissor  Karen Şahnazarovdur. Siyahıda Lev Leşenko, İqor Krutoy, Vladimir Vinokur və s. kimi Rusyanın tanınmış sənət adamları da var.
 
Rusiya prezidentinin rəsmi saytında sözügedən siyahı dərc olunmadığı və buna aid digər saytlar açılmadığı üçün Putinin səlahiyyətli nümayəndələri arasında azərbaycanlıların olub-olmadığını müəyyən edə bilmədik.
 
Sultan Laçın

Загрузка...
Загрузка...