Putinin prezident olmasının SİRRİ ORTAYA ÇIXDI - ŞOK İDDİA - VİDEO

"Vladimir Putin SSRİ-nin dağılmasına görə ABŞ-dan qisas almaq üçün prezident olmağa qərar verib".
Publika.az xarici mediaya istinadən xəbər verir ki, belə versiya ilə Amerika aktyoru Morqan Friman çıxış edib.
“Və bu film üçün ssenari deyil”, - Friman Rusiyanın ABŞ-dakı prezident seçkilərinə mümkün müdaxiləsinin araşdırılması üçün yaradılan komitənin hazırladığı təbliğat videoçarxında bildirib.
 
 
Aktyor həmçinin Rusiyanı kiberhücumlarda və demokratiyanın pozulmasında ittiham edib.
Məşhur aktyor videoçarxın sonunda ABŞ prezidenti Donald Trampdan prezident seçkilərində Rusiyanın kiberhücumları haqqında ABŞ vətəndaşlarına açıqlama verməyi və araşdırmanın keçirilməsi üçün Konqresə müraciət etməyi tələb edib.
 
Ömər Dağlı

Загрузка...
Загрузка...