Putinin məmurları övladlarına necə güzəran qurub? - FOTOLAR

 
 
Bütün dünyada prezidentlərin, nazirlərin, yüksək vəzifəli məmurların övladları diqqət mərkəzində olur. Bəzi ölkələrdə onlar sadə və gözdən uzaq, bəzilərində isə əksinə, dəbdəbəli və qalmaqallı həyat tərzi ilə gündəmə gəlirlər.
 
Rusiyada məmur övladlarının hansı işlərlə məşğul olduqlarını, atalarının onlara necə güzaran qurduğunu araşdırmağa çalışacağıq.
 
Aleksey Roqozin (Baş nazirin müavini Dmitri Roqozinin oğlu)
 
 
 
34 yaşlı Aleksey Roqozin Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bu ilin martında «Kommersant» qəzeti Aleksey Roqozinin yeni iş yeri haqda məlumat yaydı. Məlum oldu ki, Rusiya Müdafiə Nazirliyinin əmlak departamentində işləyən A.Roqozin nəhəng Aviatikinti koorparasiyasına vitse-prezident təyin olunub. May ayında isə ona "İl" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsi həvalə olunub.
 
Vladimir və Lyubov Kirienkolar (Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kirienkonun övladları)
 
 
 
Vladimir Kirienko ötən ilin sentyabrında «Rostelekom»un biznesin idarəsi və inkişafı üzrə vitse-prezidenti təyin olunub.  Ondan əvvəl – 2013-cü ildə Vladimir Kirienko Aleksandr Ayvazovla birlikdə kapitalı 47,8 milyon dollar olan "Titanium Investments" şirkətini qurmuşdu. Kirienko rəhbəri olduğu "Sarovbiznesbank"ın ona məxsus 50,61 faizlik səhmini sataraq bu şirkətə yatırım etmişdi.
 
Sergey Kirienkonun qızı Lyubov isə Strateji Təşəbbüslər Agentliyində layihə rəhbəri kimi çalışır.
 
Sergey İvanov (Rusiya prezidentinin xüsusi nümayəndəsi, Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey İvanovun oğlu)
 
 
 
Atası ilə eyni adı daşıyan Sergey almaz hasilatı ilə məşğul olan ALROSA şirkətinin prezidentidir. Beynəlxalq Əlaqələr üzrə Moskva Dövlət İnstitutunun maliyyə və kredit fakültəsini bitirən S.İvanov 2003-2004-cü illərdə «Qazprom»da (beynəlxalq layihələrin idarə edilməsi üzrə baş ekspert), 2004-2011-ci illərdə "Qazprombank"da (korporativ müştərilərlə) işləyib, daha sonra "Sberbank"da vitse-prezident olub.
 
Dmitriy Patruşev (Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğlu)
 
 
 
Dmitriy Patruşev 2010-cu ildən "Rosselxozbank"a rəhbərlik edib. 2016-cı ilin yanvarında Rusiya Bankları Assosiasiyası onu "ilin bankiri" elan edib. Elə həmin il prezident Vladimir Putin Patruşevi "Şərəf ordeni" ilə təltif edib.
 
Moskva Dövlət Universitetinin menecment fakültəsini bitirən N.Patruşev Rusiya Nəqliyyat Nazirliyində işləyib. Daha sonra Rusiya XİN-in Diplomatiya Akademiyasında "dünya iqtisadiyyatı" ixtisası üzrə təhsil alıb.
 
 
 
Nikolay Patruşevin kiçik oğlu Andrey Patruşev SentrKaspnefteqaz»da Direktorlar Şurasının sədridir. Ona qədər Andrey «Rosneft»də Direktorlar Şurasının sədri İqor Seçinin müşaviri postunu tutub. Bir müddət «Zarubejneft»in xətti ilə Vyetnamda işləyən A.Patruşev 2012-ci ildə «Vetsovpetro» prezidentinin birinci müavini olub. Federal Təhlükəsizlik Şurasının akademiyasını bitirən Andrey Patruşev prezidentin 2007-ci il sərəncamı ilə "Şərəf" ordeninə layiq görülüb.
 
Sergey Matvienko (Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun oğlu)
 
 
 
Sergey Matvienko karyerasına 2001-ci ildə «Sankt-Peterburq» bankında sədrin köməkçisi kimi başlayıb. İki il sonra bankın vitse-prezidenti olub. 2005-ci ildə bank VTB-yə vitse-prezident, bir il sonra «VTB-Development» şirkətinə baş direktoru təyin edilib. Sonuncu iş yerindən 2013-cü ilin iyununda öz istəyi ilə uzaqlaşıb. Və biznes fəaliyyətinə başlayıb. Məlumatlara görə, oğul Matvienkonun 8 şirkəti var. Müasir Biznes İnstitutunu, daha sonra Sankt-Peterburq İnstitutunu başa vuran Matvienko iqtisadiyyat elmləri namizədidir.
 
Denis Bortnikov (Federal Təhlüksizlik Şurasının rəhbəri  Aleksandr Bortnikovun oğlu)
 
 
 
Denis Bortnikov Sankt-Peterburq Universitetinin malliyyə və iqtisadiyyat fakültəsini başa vurandan sonra bank sektorunda işləməyə başlayıb. 2004-cü ilədək "Sənaye-tikinti" bankında işləyib, daha sonra bank VTB-də İdarə Heyətinin üzvü olub.
 
"Forbes"in yazdığına görə, bankın rəhbəri  Andrey Kostin  Bortnikovun bank sektorundakı təcrübəsindən xeyli razı olduğunu deyib.
 
Artyom və İqor Çaykalar (Rusiya Baş prokuroru Yuri Çaykanın oğlanları)
 
 
 
İqor Çayka – «Aqro-Region», «Akva Solid» və «İnnovasii sveta» müəssisələrinin sahibi, «Russko-blijnevostoçnıy eksportnıy sentr»də təsisçilərdən biridir. Bununla yanaşı, Cüdo Federasiyasının qurucularındandır, Sosial Təşəbbüslər Xeyriyyə Fondunun rəhbəridir.
 
Artyom Çayka «Ellada edvayzors» şirkətinin, «PNK-Ural»ın,  «Sibirskiy element Renta-K»nın sahibidir. Həmçinin rəhbərliyi altında «Elbrus» atçılıq klubu, otellərin inşası ilə məşğul olan «Tri es properti development» şirkəti və bir neçə səhmdar cəmiyyət də var.
 
Yuliya Şoyqu (Rusiya müdafiə naziri Sergey Şoyqunun qızı)
 
 
 
Yuliya Şoyqu – 1999-cu ildən psixoloq kimi fəaliyyət göstərir. Rusiya Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin nəzdindəki Psixoloji Yardım Mərkəzinin direktorudur.
 
Aleksey Kozak (Vitse-prezident Dmitri Kozakın oğlu)
 
 
 
Aleksey Kozak 2015-ci ildən "Züblin Immobilien"in Rusiya qolunun direktorudur. «YUVA-servis»in rəhbərlərindən biridir.  2009-dan 2014-dək «VTB Kapital»da, 2008-də Regional İnkişaf Nazirliyində, "MacBright&Partners"də şirkətində işləyib.
 
İqor Kojin (Rusiya prezidentinin keçmiş köməkçisi, Olimpiya Komitəsinin vitse-prezidenti Vladimir Kojinin oğlu)
 
 
 
31 yaşlı İqor Kojin hazırda nəhəng layihəyə rəhbərlik edir. Layihə çərçivəsində Moskvada 5 ayrı yerdə "Buz arena"nın inşası nəzərdə tutulub. Layihənin dəyəri 1 milyard rubldan çoxdur.
 
İqor Kojin «360 Stolitsa» tikinti şirkətinin, «Klub «Maslovo»nun rəhbəridir. Biznesmen həmçinin neft məhsullarının topdan satışı ilə məşğul olan «Qala-Form»un sahibidir. Ötən il Kojin "Peterburqun ən zəngin adamları" reytinqində 112-ci yerdə qərarlaşmışdı. Onun sərvətinin 6,4 milyard rubl olduğu bildirilir.
 
Roman Zolotov (Rusiya Qvardiyasının rəhbəri Viktor Zolotovun oğlu)
 
 
 
Roman Zolotov Moskva Şəhər İcra Hakimiyyətində İdman və turizm departamentinin rəhbəridir. 2014-cü ilədək Zolotov Rusiya Daxili İşlər Nazirliyində – Rusiya Qvardiyasının nəzdindəki "Oxrana" şirkətində işləyib.
 
Yekaterina Vinokurova (Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı)
 
 
 
"Smart Art" şirkətinin təsisçisi olan Yekaterina Vinokurova gənc rəssamların inkişafı ilə məşğuldur. Ona qədər Rusiyada "Christie's" hərrac evinin rəhbərlərindən olub. Aleksandr Vinokurovla ailə qurub. Vinokurov "A1." investisiya şirkətinin keçmiş prezidentidir. Ona qədər 4 ilə yaxın milyarder Ziyavudin Maqomedova məxsus «Summa» şirkətlər qrupunun prezidenti olub. 34 yaşlı biznesmenin iş yerləri arasında "Morgan Stanley", "TPG Capital" və «Marafon Qrupp» sərmayə şirkəti də var.(strateq.az)

Загрузка...
Загрузка...