“Putinin kürd qruplaşmalara gizli simpatiyası var” - Elxan ŞAHİNOĞLU

Baxış sayı: 
249
0  
0  

 
“Putinin Ankaraya səfərinin iki əsas məqsədi var idi”. Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas Araşdırmalar Mərkəzi"nin rəhbəri  Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putinin sentyabrın 28-də Ankarada Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla bir günlük görüşünü şərh edərkən deyib: “Birincisi, Putin Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdıracaq “Türk axını” boru xəttinin tikintisinin vaxtında başa catacağına dair Ərdoğandan təminat almaq istəyirdi və həmin təminat Kreml sahibinə verildi.
İkincisi, Putin Rusiyanın Türkiyədə atom elektrik stansiyasını vaxt itirmədən tikintisinə başlamasında maraqlıdır. Bu saziş Rusiyaya on milyardlarla dollar gəlir gətirəcək”.
 
“Rusiya NATO-ya üzv olan dövlətə hərbi texnika satmaqla beynəlxalq aləmdə silah istehsalçısı kimi imicini gücləndirdi”
 
E. Şahinoğlunun fikrincə, Ərdoğan da Putinlə görüşdən qazanclı çıxıb:“Birincisi, Rusiyanın C-400 raketlərinin Türkiyəyə çatdırılması prosesinə başlanılıb. Bu həm Türkiyə, həm də Rusiya üçün vacib anlaşmadır. Türkiyə Qərb ölkələrindən ala bilmədiyi müasir raketlərə sahib olur, Rusiya isə tarixində ilk dəfə NATO-ya üzv olan dövlətə hərbi texnika satmaqla beynəlxalq aləmdə silah istehsalçısı kimi imicini gücləndirdi.
İkincisi, nəhayət ki, Rusiya öz bazarını Türkiyə pomidorları üçün açdı. Bu məşhur təyyarə olayından (Türkiyənin hava sahəsinin pozulması nəticəsində Rusiyanın hərbi təyyarəsi vurulmuş və nəticədə iki ölkə arasındakı münasibətlər gərginləşmişdi) sonra iki ölkə arasındakı münasibətlərdə həll olunmamış yeganə məsələ idi”.
“Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətə baxışı da bir-birinə yaxındır. Hər iki dövlət Suriyada əməkdaşlıq edir, bir-birlərinin maraqlarına zidd addım atmırlar”, - deyə politoloq əlavə edib.
 
“Putin kürd qruplaşmalara qarşı kəskin fikir söyləmək istəmir”
 
E. Şahinoğlu qeyd edib ki, Putinin Ankaraya səfəri zamanı sadəcə bir məsələ müəammalı qaldı: “Putin və ondan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Şimalı İraqdakı referendumla bağlı Iraqın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlamışdılar. Ancaq Putin və Rusiya XİN bu məsələyə bir cümlə ilə münasibət bildiriblər.
Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab vermədi. Halbuki, Ərdoğan suallara cavab verməyə hazır idi. Görünür, Putin türkiyəli jurnalistlərin ona Şimali İraqdakı referendum və kürdlərin lideri Məsud Bərzani ilə bağlı sual verəcəklərini anladığından mətbuat konfransnda sadəcə bu mövzuda bir cümləlik açıqlama ilə kifayətləndi. Bu da ondan irəli gəlir ki, Putin Kürdüstan mövzusunda tərəfdaşları İraq, Türkiyə və İranın maraqlarına toxunmaq istəməsə də, müxtəlif kürd qruplaşmalara qarşı kəskin fikir də söyləmək istəmir. Putinin həmin qruplara gizli simpatiyası var”.
Şamo, Hurriyyet.org

Загрузка...
Загрузка...