Putinin katibinin qızı: “Biz türk ailəsiyik”

Türkiyəni Rusiya qədər vətənim hesab edirəm.
 Axar.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun 18 yaşlı qızı Yelizaveta Peskova deyib.
 O, Ankarada doğulduğunu xatırladıb:
 “Türkiyəni Rusiya qədər vətənim hesab edirəm. “Qırıcı qalmaqalı” belə Türkiyəyə münasibətimi dəyişdirmədi. Həm Rusiya, həm də Türkiyədəki insanların bu situasiyadan təsirlənməsi dost olaraq məni üzür. Atamla babam türkoloqdur. Mən isə atam Ankarada Rusiya səfirliyində işləyən zaman doğulmuşam. Şəxsiyyət vəsiqəmdə doğum yeri Ankara yazılıb. Biz demək olar ki, türk ailəsi kimiyik. Ən çox sevdiyim roman Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanıdır. Həmçinin Tarkan, Ayla Çəlik və Mustafa Cecəlinin fanatıyam”.