Putinin hərbçilərlə görüşünün detalları: Biz bundan qaçırıq...

Baxış sayı: 
151

Rusiyanın Suriyada 48 min hərbçisi döyüşüb.
 
Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu dünən Prezident Vladimir Putinin iştirakı ilə keçirilən Müdafiə Nazirliyinin kollegial iclasında söyləyib. Görüşdən reportaj hazırlayan “Gazeta.ru” saytı iclasın mətbuat tərəfindən təqdim edilməyən hissələrinə yayımlayıb. Belə ki, iclasda çıxışı zamanı Şoyqu Suriya savaşında iştirak edən rus hərbçilərindən 14 min nəfərinə dövlət mükafatının verildiyini bildirib:
 
“Əməliyyatlarda 60300 terrorçu məhv edilib. Bunun 2840 nəfəri Rusiyadan olanlardır. NATO-nun Rusiyanın Qərb sərhədlərindəki kontingentlərinin sayı 3 dəfə artıb. Alyansın ilkin reaksiya qüvvələrinin həcmi 10 mindən 40 minə qədər artırılıb. Rusiya sərhədləri yaxınlığında NATO-nun hava kəşfiyyatı 3,5 dəfə, dəniz kəşfiyyatı 1,5 dəfə çoxalıb. NATO sərhədlərimizdə hərbi təlimlərinin intensivliyini iki dəfə artırıb. 2014-cü ildə alyans 282 təlim, bu il isə 548 təlim keçirib”.
 
Rusiya Prezidenti Vladimir Putin isə iclasın sonunda çıxış edərək, Rusiyanın Qərblə konflikt istəmədiyini söyləyib:
 
“Rusiya ağır konfliktdən qaçmağı bacaracaq. Biz imkan verməyəcəyik ki, iqtisadiyyatımız silahlanma yarışına cəlb edilsin. Biz sülhsevərliyimizi xarici siyasətimizdə əks etdiririk. Bizə bütün dünyada sonsuz bazalar lazım deyil. Rusiya dünya jandarmı rolunu oynamaq istəmir”.

Загрузка...
Загрузка...