Putinin Ermənistana göndərdiyi nazirin "vətənpərvərliyi"

 
 
Ermənistanın yeni baş naziri Karen Karapetyanın əmlakı barədə maraqlı faktlar ortaya çıxıb.
 
Missiya.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Karapetyanın əmlakı və gəlirləri barədə bəyannamədə Rusiyada işlədiyi illərdəki gəliri aydın göstərilib.
 
Həmin bəyannaməyə əsasən yeni baş nazir ayda təxminən 132 min dollar maaş alıb. Hazırda Ermənistan mətbuatında Karapetyanın «vətənpərvərliyi» müzakirə olunur.
 
Nüfuzlu media orqanları Karapetyanın 132 min dollar maaşı qoyub, ayda 2 min dollarlıq işə gəldiyinə şübəhə ilə yanaşır. Mətbuat onun baş nazir vəzifəsində daha çox qazanacağına ehyam vurub.
 
Sabiq baş nazir Ovik Abrahamyan istefa verdikdən sonra onun yerinə Karapetyan təyin edilmişdi.
 
53 yaşlı Karapetyan, ArmRosGazprom təbii qaz paylama şirkətinin rəhbəri və 2010-2011-ci illərdə Yerevanın meri olub. Baş nazir təyin edilənədək isə o, Rusiyanın Qazprom şirkətinin Mejregionqaz birliyinin direktor müavini kimi çalışıb.