​Putini necə durdurmalı?..

Rusiya bir nömrəli geopolitik təhlükədir...
Amerika özünü azad dünyanın lideri kimi apara bilmir...
 
 
Moderator.az ölkəmizə birbaşa və dolayısı ilə təsir edən siyasi prosesləri, dünya gücləri arasında geopolitik qarşıdurmalar və perspektiv təhlükələr haqqında oxucularını tanış etməkdə davam edir. Bu gün bəşəriyyətin təhlükəsizliyi çox həssas dönəmini yaşayır. Təhlükəsizlik məsələləri üzrə dünyanın ən tanınmış mütəxəssislərinin toplandığı tədbirdə müzakirə olunan məsələlər barəsində qeyd və fikirləri diqqətinizə çatdırırıq.
 
Transatlantik işçi qrupun gəldiyi nəticələr
 
Vladimir Putin nəinki bizim demokratiyanı sarsıdır,  Qərbi qeyri-stabil vəziyyətə salmaqla, o uzun müddətə Rusiya üzərində hakimiyyətini təmin etmiş olur. Təhlükəli olan odur ki, Birləşmiş Ştatlar və Avropa bu strategiyanı anlamır və qarşısını almağa tələsmir.
 
Bu qorxuducu qənaətə 19 sentyabrda Nyu-Yorkda BMT-nin Baş Assambleyasında, POLİTİCO-ya toplanmış yüksək səviyyəli ekspertlərdən ibarət işçi qrupu gəlib. Şimali Koreya, İŞİD kimi təhlükələrin və Atlantikin hər iki tərəfində sağ ekstremizmin yüksəlişi fonunda , biz qərara gəldik ki, Avropa və ABŞ-ın təhlükəsizlik sahəsi üzrə ixtisaslaşmış ən yaxşı beyinlərini bir otağa toplayaq və kontinentlərimizin( Avropa və Amerika) rastlaşdığı daha ciddi təhlükələri açıqcasına müzakirə edib nə deyəcəklərini öyrənək.
 
Məlum oldu ki, onları ilk növbədə Rusiya və Putinin ambisiyaları narahat edir. Rusiya prezidentinin indi 64 yaşı var, amma işçi qrupun bir çox iştirakçıları güman etdilər ki, o öz ölkəsinin başında hələ on il də qala bilər, bəlkə də daha çox. Amma, bu uzun müddətə hakimiyyətini saxlamaq ona asan başa gəlməyəcək, çünki o nə demokratik legitimliyə, nə də çiçəklənən modernləşmiş iqtisadiyyata əsaslana bilməyəcək.
 
Ona görə də ekspertlər hesab edirlər ki, Putin Qərb institutlarını dağıtmağa və qərb cəmiyyətləri arasında nifaq salmağa can atır. Onun bu cəhdləri bu və ya digər qüvvələrin qələbəsinə, ya məğlubiyyətinə deyil, Qərbi zəif və gücsüz görsənməyə yönəlib. Bu, Rusiya hakimiyyətinə imkan verəcək ki, Qərblə müqayisə olunanda güclü və legitim görsənsin. Rusiyalıları özünün avtoritar boyunduruğunda tutmaq üçün Putinə lazımdır ki, onlar Berlinin, Londonun və ya Vaşinqtonun azadlığına həsəd aparmasınlar.
 
İşçi qrupun üzvlərindən biri: “Putin dünyanı Rusiya avtokratiyası üçün təhlükəsiz etmək istəyir. Bu o deməkdir ki, ona prinsip olaraq demokratiyanı diskreditasiya etmək çox lazımdır və o bunu edir, qərb institutlarını zəiflətmək istəyir və o buna da ciddi-cəhdlə çalışır”-deyib.
 
 Şübhəsiz ekspertlər etiraf edirlər kİ, Rusiya Qərbə artan təhlükələrdən yalnız biridir. Amerikanın Şimali Koreya ilə qarşıdurması partlayəş təhlüsi kimi görünür: bir səhv hərbi addım, bir iştirakçının dediyi kim, “hər şeyi korlaya bilir”. Çin ciddi diqqət tələb edən, uzunmüddətli perspektivdə rəqib kimi qalır, amma görünən odur ki, Pekin hələ mövcud beynəlxalq qayda-qanunlara uyğun hərəkət etməkdə maraqlıdır, nəinki onu dağıtmaqda.
 
Sosial stabilliyi dağıdan , xeli insan canı alan Terrorizmi isə qrupun iştirakçılarından biri ehtiyatla “düşmən” yox, “taktika” adlandırmağa üstünlük verdi. Amma, işçi qrup bir fikirdə yekdil oldu ki, Rusiyanı bir nömrəli geopolitik təhlükə hesab etmək lazımdır. Bir neçə ekspert bildirdi ki, hətt ABŞ və Avropa hələ dərk edə bilmir ki, Rusiya faktiki olaraq Qərbə siyasi müharibə elan edib.
İştirakçılardan biri: “Rusiya –aktiv, qorxunc və birbaşa təhlükədir”- dedi.
 
Başqa biri:-“Rusiya siyasi təhlükə olaraq qalır. O bizim cəmiyyətlərə qarşı siyasi müharibə aparır, bizim dəyərlərimizi sarsıdır, bizi parçalayıb düşkünlüyə qapatmağa çalışır, siyasətimizdə qütbləşməni gücləndirməyə can atır. Bununla da istəyir ki, biz Ukrayna kimi ölkələri müstəmləkəyə çevirmək cəhdlərinə qarşı mübarizə aparmağımızı dayandıraq”-qeyd etdi.
 
“Putinizm”in sonu nədədir?
 
 Rusiya ilə Qərb qarşıdurmasının mərkəzi elementi Ukraynadır. İş ondadır ki, Ukrayna Rusiyanın vassalı olacaq, yoxsa Avropaya inteqrasiya edəcək? Bax, bu Rusiya və Putin üçün həyati vacib məsələdir. Onun hakimiyyətinin legitimliyi və uzunömürlüyü bundan asılıdır.
“ Rusiyaya Ukraynada qələbə qazanmaq çox lazımdır, çünki Ukraynanın avropalaşması putinizmin sonu olacaq - Rusiyanın sonu yox, məhz putinizmin”-deyə ekspert xüsusi vurğuladı.
 Putin hakimiyyətinin Rusiya üzərində , ola bilsin ki, göründüyü kimi möhkəm deyil. Birincisi, bu Rusiyaya, rusiyalıların biznesinə, adi vətəndaşların həyatına çətinliklər yaradan, təsir edən Qərbin iqtisadi sanksiyaları ilə bağlıdır. İkincisi, Rusiya iqtisadiyyatı neft və qazdan asılıdır, neft qiymətləri isə indi yüksək deyil və yaxın zamanlara əvvəlki səviyyəsinə qalxması da gözlənilmir.
 
Putinin müəyyən dərəcədə legitimliyi Rusiyanın maddi rifahı ilə bağlıdır, ona görə də iqtisadi çətinliklər ona problemlər yaradır.
 
 “Putin o qədər də avam deyil ki, oliqarxiyalı, xeyirsiz iqtisadi sistemi saxlamağa çalışsın”, ona görə gələn ilki seçkilərdən sonra ola bilsin ki, Putin və Qərb ölkələri üçün qarşılıqlı əlaqələri yaxşılaşdırmaq imkanları məqsədilə nəfəslik yaransın. Amma, bunun üçün Avropa ölkələri və ABŞ birlikdə hərəkət etməlidirlər. “Bunsuz heç nə alınmayacağı dəqiqdir”. Birləşmiş Ştatlar özünü azad dünyanın lideri kimi aparmır və bu çox pisdir. “NATO-da, BMT-də ABŞ-ın güclü lider roluna bel bağlayıb, amma ,o yoxdur-, Amerika artıq bir müddətdir ki, bu rolu oynamır”
 
İş ondadır ki, prezident Donald Tramp İkinci Dünya müharibəsindən sonra, NATO-dan Avropa Birliyinə qədəq yaranmış transatlantik layihələrə açıq skeptik münasibət göstərir. Başqa bir iştirakçı da qeyd etdi ki, Avropa ölkələri də ona görə narazı idilər ki, Barak Obama Avropa ölkələri ilə əlaqələri ikinci dərəcəli hesab edirdi.
 
İşçi qrupun bir üzvü açıq dedi ki, -“ indi bütün dünya bir strateji sual qarşısındadır:- həqiqətdə demokratik dəyərlərə Amerikanın öhdəlikləri, münasibəti nə qədər həssasdır?. Bu, hal-hazırda hər yerdə müzakirə olunur”.
 
(Ardı var)

Загрузка...
Загрузка...