​Putindən Türkiyəyə sürpriz – Endirim

 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında sabah İstanbulda baş tutacaq görüşlə bağlı maraqlı məqam üzə çıxıb.
 
Axar.az xəbər verir ki, tərəflər arasında Türk Axını başda olmaqla, bir sıra enerji layihələrinin müzakirəsi gözlənilir.
 
Görüşün ən önəmli detalı isə Su-24 olayından əvvəl BOTAŞ ilə "Qazprom" arasında əldə edilən, lakin həyata keçirilməyən 10.25 faizlik endirim razılaşması ilə bağlı danışıqların aparılması olacaq.
 
Qeyd edək ki, 2015-ci ilin yanvar ayının 1-də hər iki şirkət endirimlə bağlı razılığa gəlsə də, imzalanma həyata keçirilməmişdi.
 
Hazırda Türkiyə hər min kubmetr qaz üçün Rusiyaya 425 dollar ödəyir.