​Putindən Trampa ikinci zəng: Qarşılıqlı hörmət...

 
 
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub.
 
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, Putin Trampı prezident seçilməsi münasibətilə yenidən təbrik edib və ona uğurlar arzulayıb.
 
Rusiya lideri Moskvanın bərabərhüquqlu, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri çərçivəsində yeni administrasiya ilə əməkdaşlıq dialoquna hazır olduğunu bildirib.